Avropada supermarketlərə növbəti kiberhücum olub
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçika, Lüksemburq, İsveç və Estoniyada supermarket şəbəkələrinin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar nəticəsində ərzaq məhsullarının saxlanma temperaturu kəskin yüksəlib.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, hücumlar nəticəsində bəzi mağazalarda soyuducu və dondurucu kameraların temperaturu 50 dərəcəyə qədər artıb.
Belçika-Hollandiya pərakəndə satış qrupu “Ahold Delhaize” və Belçikanın “Colruyt Group” şirkətləri gecə saatlarında baş verən İT hadisəsinin Belçika və Lüksemburqdakı mağazalarına təsir etdiyini açıqlayıblar.
“Delhaize” şirkətinin sözçüsü bildirib ki, bazar ertəsi səhər soyuducu sistemlərində temperaturun yüksəldiyi aşkarlanıb və hadisə ilə bağlı araşdırmaya başlanılıb. Belçikanın “Sabcobel” soyuducu şirkəti isə hadisənin kiberhücum olduğunu bildirib. Onun sözlərinə görə, hakerlər soyuducu qurğuları əritmə rejiminə keçiriblər.
İsveçdə də bir neçə supermarket şəbəkəsi kiberhücumların hədəfinə çevrilib. ICA mağazalarından birində soyuducu və dondurucu kameraların temperaturunun 50 dərəcəyə qədər yüksəldiyi bildirilib. Stokholmda yerləşən “ICA Baronen” mağazasında hücumun gecə saat 02:00-da baş verdiyi, problemin isə səhər saat 05:30-da aşkarlandığı qeyd olunub.
Estoniyada da supermarketlərdən birinin soyuducu sistemində temperaturun 50 dərəcəyə yüksəldiyi bildirilir.
Qeyd edək ki, Avropada bu cür hadisələr ilk dəfə qeydə alınmır. Ötən ay Fransada yüzlərlə supermarketin soyuducu sistemlərinə müdaxilə edildiyi bildirilmişdi. Polis həmin hücumlar nəticəsində bəzi qurğularda temperaturun 50 dərəcəyə qədər yüksəldiyini, hətta yanğınların və ərzaq məhsullarının itkisi hallarının baş verdiyini açıqlamışdı.
Hələlik hücumlara görə məsuliyyəti üzərinə götürən hər hansı qrup yoxdur. Hadisələrlə bağlı araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
02 Noyabr 2026 20:47
Beşiktaş fanatları üçün Avropada növbəti qadağa
15 Dekabr 2024 10:50
Avropada borc böhranı həyəcanı: Növbəti İtaliyadır?
12 Oktyabr 2026 09:38
İranda banklara növbəti kiberhücum olub
23 İyun 2026 17:31
Avropada kiberhücum xaos yaratdı: Sistemlər çökdü, hava limanları kilidləndi (FOTO)
20 Sentyabr 2025 16:42
Baxış sayı:79
Bu xəbər 03 Noyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















