Icma.az
close
up
RU
Avropalıların yuxularını qarışdıran QORXULAR TƏHLİL

Avropalıların yuxularını qarışdıran QORXULAR TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada baş verənlər, dünya düzənində olan dəyişikliklər, xüsusən də Amerikanın hazırki mövqeyi avropalıları bərk narahat etməyə başlayıb və hətta qorxuya belə salıb. Bu narahatlığı və qorxunu hiss etmək heç də çətin deyil və ən azından Avropa ölkələrinin davranışları bunu açıq şəkildə ortaya qoyur. Bir zamanlar, daha dəqiq desək, bu vaxta qədər guya Ukraynanı qorumağa çalışan avropalılar indi ancaq özlərini qorumaq barədə düşünürlər. Avropalıları narahat edən həm savaş, döyüş, həm də siyasi və iqtisadi baxından qarşılaşa biləcəkləri çətinliklərdir. Bu baxımdan da avropa dövlətlərinin müharibəyə hazırlaşmaları, aydın şəkildə müşahidə edilən hazırlıq prosesi anlaşılandır. Hər halda, Avropa Birliyi ölkələrində olan təlaşı görməmək mümkün deyil və qorxuları da artıq göz önündədir.

Bundan sonra ciddi rəqabət və hətta düşmənçilik belə mümkün görünür

Qorxu kompleksi daha çox təzahür etməkdədir. Görünən odur ki, bütün dünya artıq xaos, qarışıqlıq qorxusu yaşayır və bunun da təsadüfi olmadığı məlum məsələdir. Ümumiyyətlə, qarışıqlıqların ilkin əlamətləri getdikcə daha qabarıq şəkildə üzə çıxdığı üçün narahatlıqlar da getdikcə böyük sürətlə artmağa başlayır. Məsələ burasındadır ki, avropalıların narahatlıqları daha çox diqqəti cəlb edir və bunun da səbəbsiz olmadığı heç də şübhə doğurmur. Hər halda, əvvəla, Rusiyaya daha yaxın olan Avropa ölkələri daha bərk narahat olmalı olduqlarını düşünürlər. Digər tərəfdən də ona görə daha çox narahatdırlar ki, amerikalıların ruslarla bəzi “danışıqlarından” sonra “hədəfin” onların özləri olacağı qorxusu altındadırlar. Avropalılar elə hesab edirlər ki, proseslərin bu şəkildə gedişi onların özləri üçün böyük təhlükələr vəd edir və məhz təcavüz, müharibə təlaşı və qorxu da bu səbəbdəndir.

Amerikanın yeni prezidentinin, yenidən hakimiyyətə qayıdan Donald Trampın “strateji hədəfləri” ilə bağlı avropalıların bərk qorxduqları hər addımda görünür. Avropalılar elə hesab edirlər ki, ABŞ prezidenti artıq Avropa ilə bundan sonra qətiyyən müttəfiq olmaq niyyətində deyil və heç bu barədə düşünmür də. Onların fikrincə, yenidən hakimiyyətə qayıdan prezident Trampın strateji hədəflərinin məhz Avropa ölkələrinin, Avropa Birliyinin maraqları ilə kəskin şəkildə ziddiyyət təşkil etməsi özü onlar üçün qorxuludur. Məhz bu şəkildə düşünənlər hətta elə hesab edirlər ki, bu ziddiyyət nəinki rəqabətə, ümumiyyətlə, Amerika ilə Avropa Birliyi arasında düşmənçiliyə belə səbəb ola bilər və elə bu düşmənçiliyin də Rusiyanın müharibə istəyi ilə nəticələnəciyi təlaşı yaşanır.

Savaşa, müharibəyə və hansısa rəqabətə hazırlıq görülməsi düşündürücüdür

Son zamanlar Ağ Evin məhz Moskva ilə müəyyən danışıqlara girməsi bundan sonrakı hadisələr üçün fərqli proqnizlar verməyə əsas yaradır. İndiyə qədər Ukraynanı müdafiə edənlərin indi də qarşı tərəflə danışıqlar aparmaq maraqları avropalıları bir qədər çaşdırıb və hətta təlaşlandırıb da. Amerikanın dəstəyinə arxalanan Avropa Birliyi ölkələri indi özlərini meydanda tənha vəziyyətdə hiss edirlər və “tək qalmış” sayırlar. Onlar belə hesab edirlər ki, təkcə dəstəkdən məhrum olmayıblar, həmçinin, Rusiyanın savaş açmaq planının da ortaya çıxma ehtimalı ilə üz-üzədirlər. İndi “qoca qitə” öz taleyi, özünün bundan sonrakı vəziyyəti ilə bağlı daha çox narahatdır və daha çox qorxu keçirir. Bu qorxu səbəbindən də hətta başlaması mümkün hesab edilən savaşa, müharibəyə hazırlıq görülməsinin labüdlüyü barədə də düşünülür. Avropanın bir çox siyasətçiləri, ələlxüsus da hərbi-siyasi dairələri elə hesab edirlər ki, onların müəyyən hazırlıq görmələri üçün çox az vaxtları qalıb. Ona görə də ən yaxşı taktikanın məhz Rusiyanın dağıdılması olduğu düşünülür. Belə hesab olunur ki, Rusiyanın dağıdılması üçün indidən ssenarilər hazırlanılmalıdır. Məsələ burasındadır, avropalılar onu da görürlər ki, Rusiyanın dağılması üçün heç bir əsas yoxdur və buna ümid etmələri də əbəs yerədir. Daha doğrusu, həmin ölkənin dağılması ilə bağlı ortada bircə dənə də “əlamət” görmürlər və bu xam xəyallarından belə qorxurlar. Qorxurlar ki, belə bir ssenarinin özü də onlara “baha” başa gələr. Yəni, “ağır” vəziyyət yaradar. Bax elə məhz buna görə də, qorxularını başa düşmək çətin deyil. Xüsusən də, ağır vəziyyətdə və çətin durumda olan Avropa ölkələrinin, borclanması həddən çox olan avropalıların bir də “ağır” durumla qarşılaşmaq təşaşı elə qorxu olaraq təzahür edir.

Həyəcan təbili çalınmasına əsas yaradan məhz qarşıdurma təlaşının olmasıdır

Hərbi iqtisadiyyat modelinə keçid etmək barədə planların hazırlanması heç də təsadüfi sayılmır. Bəzən avropalılar mümkün təhlükələrdən qorunmaq üçün belə gözlənilməz modellər barədə düşünürlər. Əslində, bunun, yəni, hərbi iqtisadiyyat modelinin çox vacib olduğu qənaətinə gəlməkdə özlərini haqlı bilənlər azlıq təşkil etmirlər. Məqsəd də məhz istənilən qarşıdurmaya hazır olmaqdan ibarətdir. Hətta yüksək rütbəlilər belə hazırlıqlı olmağın vacibliyini düşünürlər və bunu gizlətmirlər də. Bu barədə müvafiq çağırışların edilməsi də müşahidə edilir. Məsələn, İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Byuden və mülki müdafiə naziri Karl-Oskar Bulin kimi siyasətçilər isveçliləri ölkədə müharibənin başlama ehtimalına hazırlıqlı olmağa çağırıblar. Bu isə onu deməyə əsas verir ki, artıq Avropa çox ciddi şəkildə bir təlaş içərisindədir. Daha açıq şəkildə desək, avropalılar qorxu içərisindədirlər.

Müharibə təlaşının artıq nəzərə çarpan həddə olması bir çox məqamlardan xəbər verir. Görünən odur ki, avropalı siyasətçilərin mövqeyi tamamilə fərqlidir və buna elə qorxunun təzahürü kimi baxsaq, daha doğru olar. Bu vaxta qədər yalnız Ukrayna ilə bağlı fikirlər səsləndirən siyasətçilər indi ancaq Avropa Birliyinin özü, öz taleyi barədə müvafiq həyəcan təbili çalırlar. Az öncə ukraynalıların silahlandırılmasının vacibliyini vurğulayanlar, bunu gündəmə gətirənlər indi avropalıların özlərinin müharibəyə hazırlıqlı olması çağırışı ilə çıxış edirlər. Bu gün avropalılar daha Amerikadan məhz Ukraynaya deyil, özlərinə yardım istəmək üçün hər addıma hazır görünürlər. Başa da düşürlər ki, artıq Amerika onlar üçün heç də Bayden adminstrasiyası dövründəki həmin o ölkə deyil. Dərk edirlər ki, Tramp indi Avropanı heç vecinə də almır və bircə ABŞ barədə düşünür. Lazım olsa, öz ölkəsinin maraqları naminə bütövlükdə Avropanı oyuna atmağa hazır olduğunu da ABŞ lideri öz davranışları ilə göstərmiş olur. Məhz buna görə də avropalılar başa düşürlər ki, artıq Amerikaya zərrə qədər də ümid etməyə dəyməz. Məhz bu baxımdan avropalılar indi Ukraynanı yox, Avropa Birliyi ölkələrini düşünürlər. Bu vaxta qədər Rusiyanın məhz Ukraynaya təcavüzü ilə bağlı fikirlər səsləndirib, hay-küy salanlar indi artıq Avropanın özünü qorumaq üçün baş sındırmaqdadırlar. Daha dəqiq desək, özlərini qorumaq üçün yollar axtarırlar. Bu isə onu deməyə əsas verir ki, təlaş içərisində olan Avropa Birliyi indi sözün əsl mənasında qorxu içərisindədir.

Qoca qitə, bu yekəlikdə Avropa yaddan çıxmaq, hesaba belə alınmamaq qorxusu yaşayır

Dünya ticarət müharibəsinin başladığı barədə ciddi fikirlərin meydan suladığı bir zamanda Avropa ölkələri kənarda, məhz oyundan kənarda qala biləcəkləri qorxusu da keçirirlər. Avropalılar başa düşürlər ki, indi bütün dünyanın gözünün məhz Çinin iqtisadi yüksəlişinə dikilməsi təsadüfi deyil. Yaxşı başa düşürlər ki, heç ABŞ da Çinin iqtisadi irəliləyişinə biganə deyil. Əvvəla, Amerikada satılan məhsulların az qala hamısının Çin istehsalı olması reallığı ilə qarşılaşan Ağ Ev rəhbərliyinin biganə qala biləcəyi qətiyyən mümükün deyil və bunun qıcıq doğuracağı daha məntiqidir. Bir zamanlar ucuz işçi qüvvəsi əldə etdiyini düşünən və çinliləri aldatdığı qənaətində olan dünya nəhəngi sayılan ABŞ və onun hakimiyyəti, əslində, Çinin ABŞ bazarını ələ keçirməsi ilə özü aldandığını indi anlayıb və buna görə də aqressiv şəkildə iqtisadi mübarizəyə artıq başlayıb.

Deməli, dünya ticarət müharibəsi dediyimiz “savaş” artıq bir reallıqdır. Məhz bu fonda Amerika üçün ən vacib, ən maraqlı məsələ də, münasibətlər də, əlaqələr də məhz Çinlə bağlı hesab olunur və bu məqamda Avropa heç gözə də görünmür. Elə avropalılar həm də bundan da qorxuya düşüblər. Çünki başa düşürlər ki, iqtisadi rəqabət fonunda onların özləri belə “qurbana” çevrilə bilərlər. Məsələn, Avropanın hansısa bir ölkəsi özünün bu vaxta qədər tanınmış məhsulunun, brendinin Çində istehsalı ilə qarşılaşacağı və bazardan məhrum olacağı qorxusu ilə üz-üzədir. Söhbət hansısa məhsuldan və yaxud, hansısa gəlirdən getmir. Məsələ burasındadır ki, indi Avropa ölkələrini qorxudan onların nəzərdən, diqqətdən belə kənarda qalmaq kimi bir vəziyyətə düşmə etimallarıdır. Avropalılar qorxurlar ki, əgər istehsalda, emalda, ticarətdə, iqtisadiyyatda da kölgədə qalsalar, deməli, ümumiyyətlə, bütün dünya Avropanı heç görməyəcək. Heç hesaba da almayacaq. Deməli, hansısa Avropa Birliyindən, onun rolundan, mövcudluğunun vacibliyindən daha söhbət də gedə bilməz. Qoca qitə, bu yekəlikdə Avropa yaddan çıxmaq, hesaba belə alınmamaq qorxusu yaşayır. Bir sözlə, avropalıları qorxudan məqamlar yetərincədir və yuxularını da qarışdıran elə qorxularıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri