Icma.az
close
up
RU
Avropanın Cənubi Qafqaz oyunu: Hədəf Orta Dəhlizdir?

Avropanın Cənubi Qafqaz oyunu: Hədəf Orta Dəhlizdir?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqının son aylarda Cənubi Qafqaza münasibətdə nümayiş etdirdiyi fəallıq diqqətdən yayınmır. Brüssel bir tərəfdən Ermənistanın iqtisadi imkanlarının genişləndirilməsinə dəstək verir, digər tərəfdən isə Orta Dəhliz adlanan Transxəzər nəqliyyat marşrutunun inkişafında daha fəal rol almağa çalışır.

İyun ayında Avropa İttifaqı Ermənistanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə 50 milyon avroluq maliyyə paketi ayırdı. Eyni zamanda, Ermənistan məhsullarının Avropa bazarına çıxarılması ilə bağlı təşəbbüslər Brüsselin İrəvanın iqtisadi əlaqələrinin şaxələndirilməsinə xüsusi önəm verdiyini nümayiş etdirdi. Avropa Komissiyasının sədri Ursula fon der Layenin Ermənistanı Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji hab kimi təqdim etməsi də bu siyasətin tərkib hissəsidir. Məhz bu fonda Avropa İttifaqı iyunun 23-də yeni “Connectivity Agenda Platform” təşəbbüsünü təqdim etdi.

Bu təşəbbüs ilk baxışdan regionun inkişafına yönəlmiş müsbət addım təsiri bağışlayır. Lakin burada mühüm suallar ortaya çıxır. Avropa İttifaqı artıq mövcud olan Orta Dəhlizin inkişafına töhfə vermək istəyir, yoxsa marşrutun gələcək fəaliyyət qaydalarını Azərbaycansız formalaşdırmağa çalışır?

Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycansız bu layihənin reallaşması qeyri-mümkündür.

Deputatın sözlərinə görə, nəqliyyat dəhlizlərinin həyata keçirilməsi Ermənistansız, hətta Gürcüstansız da mümkün ola bilər, amma Azərbaycansız əsla mümkün deyil:

“Avropa İttifaqı necə olur ki, bu cür təşəbbüslə çıxış edir?! Onların təşəbbüsündən illər öncə Azərbaycan tərəfi bu istiqamətdə xeyli iş görüb. Azərbaycan dəhliz məsələsində açar dövlətdir”.

R.Musabəyov qeyd edib ki, əgər Avropa İttifaqı bizi Ermənistanla eyni səviyyədə görürsə, biz onların tədbirlərinə ümumiyyətlə qoşulmamalıyıq:

“Aİ Orta Dəhlizi Azərbaycansız necə reallaşdıra bilər? Gürcüstanı da iqnor ediblər. Məqsədləri odur ki, TRİPP-dən öncə İcevan-Qazax nəqliyyat xəttini bərpa etsinlər və Ermənistandan keçərək Türkiyəyə yol açsınlar”.

Rasim Musabəyov: Aİ rəhbərliyi Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, işlərini düzgün qurmağı bacarsınlar

Müsahibimiz vurğulayıb ki, onsuz da belə bir yol mövcud idi. Vaxtilə Arazboyu dəmiryolu xətti çəkilmişdi:

“Çünki Gürcüstandan keçən dağlıq yolların yük daşıma potensialı 5 milyon tondan çox deyildi. O cümlədən, Ermənistandan keçən yolun da məhdud daşınma qabiliyyəti var. Ancaq Arazboyunda hələ İkinci Dünya müharibəsi zamanı tikilən dəmiryolunda ildə 15 milyon ton yükdaşıma nəzərdə tutulurdu. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycana səfərə gəlir”.

“Aİ rəhbərliyi Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, işlərini düzgün qurmağı bacarsınlar. Özlərini böyük və hamıdan ağıllı görməklə iş düzəlmir”, - deyə Rasim Musabəyov vurğulayıb.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri