Icma.az
close
up
RU
Avropanın gənc vəkilləri Bakıda toplaşıb

Avropanın gənc vəkilləri Bakıda toplaşıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8–11 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birə təşkilatçılığı ilə EYBA-nın “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda payız konfransı (“EYBA Autumn Conference 2026”) keçirilir.

XQ xəbər verir ki, oktyabrın 9-da “Hilton” mehmanxanasında keçirilən beynəlxalq tədbirin açılış mərasimində VK və EYBA-nın rəhbərlikləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın xarici qonaq olmaqla, ümumilikdə 200-dən artıq gənc vəkil və hüquqşünas iştirak edib.  

Konfrans çərçivəsində süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə bu istiqamətdə formalaşan müxtəlif yanaşmalar və mövcud çağırışlar müzakirə olunub. Bununla yanaşı, vəkillik peşəsinin inkişafı, hüquq sahəsində müasir tendensiyalar və peşənin gələcəyi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

EYBA-nın vitse-prezidenti Federiko Kamurati açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və konfransın Bakıda təşkilinə görə VK-ya və təşkilat komitəsinə təşəkkürünü bildirib.

O, EYBA-nın gənc vəkillərin peşəkar inkişafına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, insan hüquqlarının və qanunun aliliyinin təşviqinə töhfə verdiyini qeyd edib.

Süni intellektin hüquq peşəsi üçün yaratdığı imkanlardan danışan vitse-prezident bu texnologiyanın hüquqi araşdırmaları və məlumatların təhlilini asanlaşdırdığını vurğulayıb. Bununla yanaşı, Federiko Kamurati vəkillərin süni intellektin təqdim etdiyi nəticələrə kor-koranə etibar etməməli, müstəqil düşüncə və peşəkar mühakimələrini qoruyub saxlamalı olduqlarını diqqətə çatdırıb.

Konfransda VK sədri Anar Bağırovun videomüraciəti nümayiş etdirilib. Sədr çıxışında EYBA-nın payız konfransının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək iştirakçıları salamlayıb, onlara ölkəmizdə xoş günlər arzulayıb, habelə Azərbaycanın zəngin hüquq tarixi, multikultural dəyərləri, habelə qədim qonaqpərvərlik ənənələri barədə söz açıb.   

Anar Bağırov Azərbaycan hüquq sisteminin müasir prinsiplər və beynəlxalq standartlar əsasında inkişaf etdiyini, bu prosesdə süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqların yeni istiqamətlər kimi önə çıxdığını qeyd edib.

Süni intellektin həyatın müxtəlif sahələrinə təsirinin artdığını vurğulayan sədr onun yaratdığı imkan və çağırışların hüquqi müstəvidə müzakirəsinin vacibliyini diqqətə çatdırıb. Payız konfransının müxtəlif ölkələrdən olan gənc vəkillər arasında təcrübə mübadiləsi və peşəkar əlaqələrin inkişafı üçün mühüm platforma olduğu bildirilib.

Sədr Azərbaycanda gənclərin vəkillik peşəsinə marağın getdikcə artdığını, VK-ya qəbul olunanların böyük əksəriyyətinin məhz gənclərin təşkil etdiyini qeyd edib. Anar Bağırov Kollegiyanın nəzdində fəaliyyət göstərən Gənc Vəkillər Komitəsinin gənc vəkillərin peşəkar inkişafı və fəal iştirakının dəstəklənməsində rolunu vurğulayıb. VK-nın beynəlxalq əməkdaşlığa və müxtəlif ölkələrin vəkilləri arasında əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi qeyd edilib.

Kollegiya sədri konfrans çərçivəsində fikir və təcrübə mübadiləsinin yeni ideyalara və gələcək əməkdaşlıqlara yol açacağına inamını ifadə edib, hüquq peşəsinin yalnız qanun və institutlardan deyil, insanlar, qarşılıqlı anlaşma və peşəkar münasibətlərdən də ibarət olduğunu söyləyib.

Anar Bağırov iştirakçılara müraciət edərək konfrans çərçivəsindəki müzakirələrdə fəal iştirak etməyi, təcrübələrini bölüşməyi və müxtəlif ölkələrdən gəlmiş həmkarlarla yaxın tanışlıq fürsətindən yararlanmağı tövsiyə edib.

Tədbir çərçivəsində süni intellekt və rəqəmsal hüquq sahəsində əsas istiqamətləri əhatə edən üç panel müzakirəsi keçirilib.

“Hüquq praktikasında və məhkəmə sistemində süni intellekt” mövzusuna həsr olunan ilk panelə VK-nın üzvü Sona Səlimli-Ələsgərova moderatorluq edib. Kollegiyanın üzvləri - Şəbnəm Tağıyeva, İlham Hüseynov və Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Orxan Əbdülkərimlinin iştirak etdiyi panel sessiyada hüquq praktikasında və məhkəmə proseslərində süni intellektin artan rolu, onun vəkillərə, məhkəmələrə, qərar qəbuletmə prosesinə və hüquqi xidmətlərin gələcəkdə göstərilməsinə təsiri barədə müzakirə olunub.

İkinci panel “Süni intellekt və fundamental hüquqlar” mövzusuna həsr olunub və sessiyaya Kollegiyanın üzvü Yunis Nəsibov moderatorluq edib. Paneldə “Cyber Point” MMC-nin direktoru Elvin Balacanov, Kollegiyanın üzvləri - Kamil Dəmirli və Mübariz Alıyev süni intellektin fundamental hüquqlara, o cümlədən şəxsi həyatın toxunulmazlığına, bərabərliyə, insan ləyaqətinə, ifadə azadlığına və ədalət mühakiməsinə çıxış imkanlarına təsiri, eləcə də süni intellektin getdikcə daha geniş tətbiq olunduğu mühitdə zəruri olan hüquqi təminatları müzakirə ediblər.   

Həmçinin konfransda “Prodata” şirkətinin Biznes təhlili şöbəsinin rəhbəri Cavid Abbasovun rəhbərliyi ilə interaktiv seminar keçirilib. Sessiyada süni intellektin tənzimlənməsinin daha az müzakirə olunan aspektlərindən biri – dövlət qurumlarının süni intellektdən və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərindən öz fəaliyyətlərində istifadəsinin necə tənzimlənməli olduğu məsələsi nəzərdən keçirilib. Bundan əlavə, seminarda dövlət qurumları arasında məlumat inteqrasiyası və rəqəmsal dövlət xidmətləri sahəsində praktiki təcrübəyə əsaslanaraq süni intellektin dəstəyi ilə həyata keçirilən dövlət qərarlarının hüquqi əsasları, şəffaflıq, hesabatlılıq və vətəndaşların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunub.

Konfrans VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədlinin moderatorluğu ilə keçirilən “Süni intellektin idarə edilməsi və informasiya mühafizəsi” mövzusuna həsr olunan sonuncu panel sessiyası ilə yekunlaşıb. Müzakirədə ADA Universitetinin Hüquq fakültəsinin dosenti Təbriz Cəfərov, Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti Nəcibə Mustafayeva iştirak ediblər. Paneldə süni intellektə dair tənzimləyici yanaşmalar, məsuliyyətli süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və məlumatların qorunması məsələləri müzakirə edilib. Eyni zamanda müzakirələrdə xüsusilə hesabatlılıq, şəffaflıq, risklərin idarə edilməsi və inkişaf etməkdə olan hüquqi çərçivələrə diqqət yetirilib.

Konfrans çərçivəsində iştirakçılar üçün müxtəlif mədəni tədbirlər də təşkil olunub.

Cavid QAÇAYEV (foto),

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri