Icma.az
close
up
RU
Avropanın iqtisadi lokomotivi Almaniya ilə əlaqələrin inkişafı mühüm əhəmiyyətə malikdir

Avropanın iqtisadi lokomotivi Almaniya ilə əlaqələrin inkişafı mühüm əhəmiyyətə malikdir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın xarici siyasəti milli maraqların müdafiəsinə, suverenliyin möhkəmləndirilməsinə və ərazi bütövlüyünün qorunmasına yönəlmiş çoxvektorlu və balanslaşdırılmış siyasət kimi xarakterizə olunur. Xüsusilə də Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və nəqliyyat layihələri sahəsində iqtisdi əməkdaşlıq uğurla inkişaf edir. Bu baxımdan TANAP və TAP kimi layihələr Azərbaycanın Avropa ilə əlaqələrində vacib elementlərdəndir. Eyni zamanda, ölkəmiz  "Avropanın iqtisadi lokomotivi" adlandırılan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Sirr deyil ki, Almaniya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında enerji, sənaye, nəqliyyat, ekologiya və təhsil sahələrində əməkdaşlıq durmadan genişlənir.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında 1992-ci il fevralın 20-də qurulan diplomatik əlaqələr bu gün də fəal şəkildə inkişaf edir.

2018-ci ildə Almaniyanın sabiq Kansleri Angela Merkel Azərbaycana səfərə gəlmişdi. Bakıya növbəti tarixi səfəri isə aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer həyata keçirdi. Bu səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Doğrudur, cənab Ştaynmayer ilk dəfədir Azərbaycana səfərə gəlmir. Hələ 2007-ci ildə xarici işlər naziri kimi ölkəmizdə səfərdə olmuşdu. Həmin səfər zamanı iki ölkə arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Cənubi Qafqazdakı regional məsələlər müzakirə edilmişdi. Cənab Ştaynmayerin Bakıdakı görüşləri zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdı. Bu gün də Almaniya Prezidenti ölkəmizlə bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxundu. 

Qeyd etmək yerinə düşər ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının tarixi kökləri var. Hələ XIX əsrdə Azərbaycanda alman koloniyaları mövcud olmuşdur ki, bu da şərabçılığın və mədəni mübadilənin inkişafına töhfə vermişdir. Bu gün ölkələr əlaqələri, o cümlədən yaşıl enerji və nəqliyyat logistikası layihələrini gücləndirməkdə davam edir. 

Ümumiyyətlə, Azərbaycanın enerji sektorunda Almaniya ilə tərəfdaşlığı təqdirəlayiqdir. Belə ki, Almaniya Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazının Avropaya nəqlində maraqlıdır. Bundan əlavə, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq da genişlənir. Prezident İlham Əliyev bu sahənin perspektivlərinə toxunaraq bildirdi ki, Azərbaycan xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindədir və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. 

Ticarət əlaqələri də önəmlidir – Almaniya Azərbaycanın əsas idxal və ixrac tərəfdaşlarından biridir. Almaniyanın qabaqcıl sənaye texnologiyaları ölkəmizin müxtəlif sektorlarının modernləşdirilməsinə töhfə verir. Eyni zamanda, Almaniya Azərbaycanın tranzit imkanlarını da yüksək qiymətləndirir.    Cənab Ştaynmayerin sözlərinə görə, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər.

Bundan başqa, elm, təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq arzulanan səviyyədədir. Almaniyada təhsil alan azərbaycanlı tələbələrin sayı getdikcə artır, eləcə də iki ölkə arasında akademik və mədəni mübadilələr inkişaf edir. Rəsmi Berlin Azərbaycanla elm sahəsində, eləcə də tələbə mübadilə proqramlarının reallaşdırılmasında ölkəmzilə sıx əməkdaşlıq etməyə hazırdır. Almaniya Prezidenti açıq şəkildə bunu bir daha bəyan etdi:  “Mən çox şadam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və mən hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik”.

Beləliklə, Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk səfəri 2 ölkə arasındakı münasibətlərdə mühüm mərhələ oldu. Əsas müzakirə istiqamətlərindən biri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan təbii qaz ixracını artırmaq və bərpa olunan enerji layihələrini inkişaf etdirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi rolunu təsdiqlədi. Prezident İlham Əliyev Xəzər dənizinin külək enerjisi sahəsində mühüm potensialını qeyd edərək, “yaşıl” enerjinin Avropaya ixracı planlarını vurğuladı.
Bundan əlavə, səfər iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verdi. Dövlət başçımız alman sahibkarlarının Azərbaycan iqtisadiyyatına göstərdiyi diqqətdən məmnunluğunu ifadə etdi və onları xüsusilə bərpa olunan enerji mənbələri sahəsində daha fəal əməkdaşlığa çağırdı. 

Həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə olundu. Hər iki tərəf sülh danışıqlarının davam etdirilməsində maraqlı olduqlarını bildirərək regionda sabitliyin vacibliyini vurğuladılar. Azərbaycan lideri sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu növbəti dəfə bəyan etdi, ancaq bunun baş verməsi üçün Ermənistanan atmalı olduğu addımları da sadaladı.
Deputat yekunda bildirib ki, Almaniya Prezidentinin ölkəmizə səfəri strateji dialoqlar, ikitərəfli əlaqələrin dərinləşməsi baxımından mühum məqamlarla yadda qaldı.

Qeyd edək ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir və regional təhlükəsizlik məsələlərində Bakının mövqeyini nəzərə alır. Bu konteksdə Almaniya Prezidentinin tarixi səfərinin ikitərəfli münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərəcəyi şübhə doğurmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri