“Avropanın Rusiya qarşısındakı məğlubiyyəti ABŞ ın geo siyasi maraqlarına uyğundur…”
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ beyin mərkəzləri mövcud vəziyyəti obyektiv şəkildə təhlil ediblər və Ukraynada müharibənin davam etməsinin III Dünya müharibəsinə səbəb olacağını başa düşüblər…”
Moderator.az siyasi analitik Tahir Cəfərlinin saytın rus versiyasına müsahibəsinin tərcüməsini təqdim edir:
(Əvvəli burada:)
-Bəzi xarici media vasitələri ABŞ-ın guya hərbi cəhətdən Rusiyadan geridə qaldığunu iddia edir. Sizcə, bu, nə dərəcədə doğrudur? Və Amerika məhz nə ilə bağlı geridə qalır?
-Bəli, bu, doğrudur. Və ABŞ yeni silahlarda, xüsusən də "Oreşnik" kimi hiper-səs raketlərində Rusiyadan geridə qalır... Amerikaya bu tip raket istehsal etməsi üçün ən azı 2030-cu ilə qədər vaxtl gərəkdir. Bu raket sistemi İsrail-İran müharibəsi zamanı özünü doğrultdu, o zaman iranlılar bu raketlərin üç növünü istifadə edərək ABŞ-ı müharibəni bitirməyə məcbur etdilər.
Prezident Donald Tramp yaxşı bilir ki, Ukrayna müharibəsinin şiddətlənməsi dünyanın sonuna gətirib çıxaracaq və Amerika yer üzündən silinəcək, çünki Rusiya bu raketlərlə güclü hücum etməyə qadirdir. Buna görə də ABŞ prezidenti vaxt qazanmaq üçün danışıqlar aparır. Digər tərəfdən, Ukraynadakı müharibə Avropa İttifaqının(Aİ) parçalanmasına və ABŞ-ın bu ölkələri öz vassallarına çevirməsinə səbəb olacaq. Bu güc balansı ölkəni proteksionizmə, yəni digər ölkələrlə münasibətlər qurmaq üçün ənənəvi Amerika prinsiplərinə qaytaran Tramp üçün yarayır. Rusiyanın da yalnız ABŞ ilə sülhə ehtiyacı var. Bu da Vladimir Putinə sərfəlidir… Rusiya prezidentinin Alyaskaya səfərinə diqqət yetirsəniz, görərsiniz ki, SSRİ-nin dağılmasına qədər mövcud olan ABŞ ilə paritet münasibətləri məhz Donald Trampla görüşdən sonra bərpa olunub. Başqa sözlə, dünya iki super-güc arasında tarazlığı qorumaq üçün qətiyyətlə hərəkətə keçib...
-Bəs bu, Ukrayna ilə bağlı nə deməkdir?
-Həmin super-güclər Ukraynadakı müharibədə öz məqsədlərinə çatana qədər bu torpaqda sülh olmayacaq. Və bu məqsədlər aşağıdakılardır: ABŞ Aİ-nin parçalanmasına səbəb olacaq və bu dövlətləri öz satellitlərinə çevirəcək, Rusiya isə digər çətinliklərə tab gətirmək üçün hərbi və iqtisadi gücünü bərpa edəcək…
Birqütblü dünyanın uğursuz olduğu fərziyyəsindən irəli gəlsək, ABŞ-ın çoxqütblü dünyaya qayıtması haqlı ola bilər. Ən əsası, iki böyük güc arasında tarazlıq bəşəriyyətin üzərinə gələn III Dünya müharibəsi təhlükəsini aradan qaldıracaq. Həm ABŞ, həm də Rusiya bu sülh planına Aİ nümayəndəsini dəvət etməkdən imtina edir. Bu yaxınlarda "BBC" ABŞ dövlət katibi Marko Rubionun Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə Ukraynadakı nizamlanma ilə bağlı ikitərəfli görüşlərdən imtina etdiyini bildirdi.
"Politico" yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası hazırkı Amerika hökuməti ilə çətin münasibətlərini nəzərə alaraq bunu və Avropa rəsmilərini qulaqardına vurur.
Bütün bunlar Ukraynadakı müharibə və sülh məsələlərinin ABŞ və Rusiyanın məsuliyyətində olduğunu göstərir. Kreml sözçüsü Peskov bu barədə belə deyir: "Hazırda yeganə əsas məsələ Amerika layihəsidir, Trampın layihəsidir. Biz inanırıq ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər..."
- Belə çıxır ki, siz guya ABŞ tərəfindən hazırlanmış və Ukraynanın ərazisinin, suverenliyinin və milli ləyaqətinin əhəmiyyətli bir hissəsini itirməsini ehtiva edən 28 maddəlik sülh planının ilk versiyasını ədalətli hesab edirsiniz?
- Xeyr, mən belə düşünmürəm. Hər halda, hansı ölkənin nə itirməsindən asılı olmayaraq, ən əsası, bu razılaşmaların Şərqi Avropada dünya müharibəsinin alovunu söndürməsidir. Ukrayna öz imkanlarını nəzərə almadığı və Rusiyaya qarşı çıxdığı üçün uduzur, NATO-nun Rusiyanı məğlub etmək üçün qurduğu geo-siyasi sınaq meydançasında sınaq topuna çevrilir. Gördüyünüz kimi, Rusiya parçalanmayıb; əksinə, hərbi cəhətdən daha da güclənib. Bu prosesdə Aİ yalnız hərbi gücünü itirmir, həm də indi ABŞ-dan iqtisadi cəhətdən asılı qalır. ABŞ prezidenti Donald Tramp ölkənin sanksiya siyasətindən sonra Rusiyanın hərbi gücünü hiss etdi. Onun üçün aydın oldu ki, bu siyasət Rusiyanı zəiflətməyib və ya parçalamayıb, əksinə, o, hərbi-sənaye kompleksini yenidən qurub, ABŞ ordusu üçün əlçatmaz olan yeni silah növləri istehsal edib.
ABŞ beyin mərkəzləri mövcud vəziyyəti obyektiv şəkildə təhlil ediblər və Ukraynada müharibənin davam etməsinin III Dünya müharibəsinə səbəb olacağını başa düşüblər. Avropalı siyasətçilərin zəkaları zəifdir və baş verənlərin mahiyyətini anlamırlar, buna görə də Tramp Ukraynada sülh məsələlərinin həlli məsələsində Avropa siyasətçilərini kənarda saxlayır...
- Şərhlərinizi dinləyərkən, qeyri-iradi suallar meydana çıxır: ABŞ NATO-nun özü və Türkiyədən əlavə, 30 üzvdən (Aİ üzvü olmayan Böyük Britaniya da daxil olmaqla) ibarət olan Avropanın Rusiyaya uduzmasına və bölünməsinə necə razı ola bilər? Bu o demək deyilmi ki, gələcəkdə Rusiya Çinlə, eləcə də Şimali Koreya və İranla sıx hərbi-siyasi və iqtisadi ittifaq quracaq ki, bu da ABŞ-ın özünə ciddi təhlükə yaradacaq?
- ABŞ üçün Aİ-nin Rusiya qarşısındakı məğlubiyyəti onun geo-siyasi maraqlarına uyğundur. Çünki onu öz vassalına çevirir. Türkiyə isə həmişə olduğu kimi, ABŞ-ın Ukraynadakı müharibədə iştirakının qarşısını aldığı əsas müttəfiqi olaraq qalacaq...
Digər tərəfdən, nə Çin, nə də İran Rusiyanın əsl müttəfiqidir. Çünki hər iki ölkənin indi və tarixən Rusiyaya qarşı ərazi iddiaları var. Amma hər halda, Ukraynada sülhdən sonra ABŞ-ın əleyhdarlarının toplaşacağı yeni bir geo-siyasi düşərgə yaranacaq...
-Siz hansı əsasla hesab edirsiz ki, dünyada aparıcı texnologiya, iqtisadiyyat və hərbi sənayeyə malik Amerika avtoritarizm, korrupsiya və saxtakarlıq bataqlığında boğulan, "Oreşnik" tipli raketləri haqqında şişirdilmiş məlumatlar yayan və Ukrayna cəbhəsindəki guya böyük uğurları haqqında dezinformasiyalar uyduran (məsələn, bu yaxınlarda Putinin özü guya Pokrovsk və Kupyanskın ələ keçirilməsindən danışıb) Rusiyanın əksəriyyəti sovet dövründən saxlanılan, pis qulluq edilən və modernləşdirilməmiş nüvə raket qüvvələrinə adekvat cavab verə bilməz?
-Bilirsiz, ABŞ lideri Donald Trampın hərəkətləri hərbi baxımdan əsaslıdır. Rusiya və İranın "Oreşnik" tipli raketləri var və həm Ukrayna, həm də 12 günlük İran-İsrail müharibəsində onlar göstərdi ki, Birləşmiş Ştatların hərbi-sənaye kompleksi belə raketlərlə bütün Amerikanı məhv edə biləcək ölkələrdən geridə qalır. Buna görə də ABŞ geri çəkilir. Digər tərəfdən, onun üçün çalışmalı olacaq Avropanın ağasına çevrilir...
Bəs Ukraynada nə baş verir? Ukrayna Silahlı Qüvvələrinin qələbəsi belə, Domokl qılıncının Vladimir Putinin əlində olduğunu yaxşı bilən ABŞ üçün əhəmiyyətsizdir. Hər halda, Ukrayna geo-siyasi poliqonunun saxlanması bu iki super-dövlətin iqtisadi və siyasi maraqlarına uyğundur və onlar bundan qazanc əldə edirlər...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 01 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















