Icma.az
close
up
RU
Avropanın təklif etdiyi sülh planı Ukraynanın maraqlarına daha çox uyğundur Politoloq

Avropanın təklif etdiyi sülh planı Ukraynanın maraqlarına daha çox uyğundur Politoloq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Avropa İttifaqının sülh planı, Amerikanın sülh planından ciddi şəkildə fərqlənir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa Avropa İttifaqının (Aİ) Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış etməsini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, ilk növbədə, ABŞ müharibənin hər cür davam etməsini dayandırmağı təklif edir:

"Çünki bu müharibə davam etdikcə Ukrayna torpaqları hər gün bir qədər daha işğal olunur. Avropa tərəfi isə hesab edir ki, heç bir halda sülh, kapitulyasiya kimi qəbul edilməməlidir. Əslində, bu gün Ukraynaya təklif olunan sülh planı da bir növ kapitulyasiya aktı kimi görünür, amma Avropa bundan imtina edir. Avropa İttifaqının təklif etdiyi layihə 12 əsas istiqamət üzrə fərqli yanaşmalar təqdim edir. Bu yanaşmaların əsas məqsədi Ukraynaya olan basqını azaltmaq və neytrallaşdırmaqdır".

Politoloq qeyd etdi ki, bir çox məsələlərdə Avropa İttifaqının yanaşması Ukraynanın maraqlarına xidmət edir.

"Lakin Avropa sülh sazişinin hər iki tərəfə bərabər imkanlar tanıması lazım olduğunu vurğulayır. Yalnız bir tərəfə basqı etməmək, hər iki tərəfin razılığı ilə məsələlərin həllini ön planda tutur. Xüsusilə, ərazilər məsələsində Avropa hesab edir ki, təmas xəttində bu problemlər həll edilməli, danışıqlar aparılmalıdır. Müddətlə bağlı məsələlərə də öz etirazlarını bildirirlər. Avropa İttifaqının təmsilçiləri, o cümlədən Britaniya, Fransa və Almaniyanın təklif etdiyi layihədə Rusiyanın xeyrinə görünən bir çox məsələlər yumşaldılır və neytrallaşdırılır. Bununla yanaşı Ukraynanın maraqları da nəzərə alınır. Məsələn, Ukraynanın qoşununun 800 minə qədər olmasına dair məsələ və NATO məsələsi də xüsusi diqqət mərkəzindədir. Avropa tərəfi Ukraynanın heç zaman NATO üzvü olmasını qəbul etməsə də, bu məsələdə ABŞ-nin yanaşmasından fərqli olaraq, birmənalı "yox" deyilməsi tərəfdarı deyil. Çünki NATO-da hələlik bu məsələ ilə bağlı yekdil razılaşma yoxdur. Eyni zamanda, Avropa İttifaqının üzvü olan ölkələrin təhlükəsizliyinə dair məsələlərə də fərqli yanaşmalar mövcuddur. Ümumilikdə, mən hesab edirəm ki, Avropa İttifaqının təklif etdiyi layihə, Ukraynanın maraqlarına daha çox uyğundur, nəinki ABŞ-nin təqdim etdiyi sənəd. Düşünürəm ki, Ukrayna tərəfi Avropa İttifaqı və Avropa ölkələrinin təklif etdiyi sülh planına daha çox razıdır. Bu baxımdan müzakirələr hələ də davam edir və təbii ki, Amerika Birləşmiş Ştatlarının da Avropa ölkələrinin fikirlərinə münasibəti müzakirə olunacaq. Amma bütün hallarda, Avropanın təqdim etdiyi layihə Ukraynanın maraqlarına daha əlverişlidir. Ümid edirəm ki, Ukrayna bu layihəni daha məqsədəuyğun sayır və qəbul edir", - deyə Əli Mustafa yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri