Icma.az
close
up
RU
Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 % dən aşağı düşüb.

Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatların səviyyəsi 50 % dən aşağı düşüb.

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya bazarı üçün əsas göstəricilərdən biri olan Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi onların tutumunun 50 %-dən aşağı düşüb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” “Gas Infrastructure Europe” şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Fevralın 6-na olan vəziyyətə əsasən, ehtiyatların səviyyəsi 49,95 % təşkil edib. Bu göstərici son beş ilin orta səviyyəsindən (58,04 %) 8 faiz bəndi aşağıdır. GIE-nin 2011-ci ildən apardığı müşahidələrə əsasən, bu tarixdə doqquz il ərzində ehtiyatlar daha yüksək olub, beş il isə indiki səviyyədən aşağı olub.

Üstəlik, Avropada havanın temperaturu kəskin soyuq deyil və iqlim normasına uyğundur. Yanvar ayında Avropada orta temperatur həm normadan, həm də ötən ilin göstəricilərindən 1 dərəcə yüksək olub. Fevral ayında isə temperaturun iqlim norması səviyyəsində və 2024-cü ilin eyni ayı ilə müqayisədə 4 dərəcə aşağı olacağı proqnozlaşdırılır.

Qazın cari mövsümdə intensiv istifadəsi səbəbindən Avropanın yeraltı qaz anbarlarının ehtiyatlarını yay aylarında artırmaq və istifadə mövsümünün başlanmasına qədər 90 %-lik hədəfə çatdırmaq üçün daha çox tədarükə ehtiyac olacaq. “Qazprom”dan qaz tədarükünə qoyulan məhdudiyyətlər fonunda Avropa İttifaqının bu direktivinə əməl etməsi, 2025-ci ildə qlobal qaz qiymətlərinə ciddi dəstək verəcək.

Hazırda Avropada qazın qiyməti min kubmetr üçün 600 ABŞ dolları səviyyəsindədir. Niderlandın TTF qovşağında fevralın 7-də “bir gün əvvəldən” tipli müqavilə 594 ABŞ dolları səviyyəsində bağlanıb.

Bundan əlavə, Avropa enerji sektoru qaz istehsalı ilə külək elektrik stansiyalarından enerji təchizatındakı kəsiri kompensasiya etməyə məcburdur. 2025-ci ilin fevral ayının ilk həftəsində külək turbinləri Avropanın elektrik enerjisi tələbatının cəmi 12 %-ni təmin edib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici təxminən iki dəfə yüksək - 22 % olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri