Avroparlament Ukraynaya 90 milyard avro ayırılmasının sürətləndirilmiş prosedurunu dəstəkləyib
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Report"un məlumatına görə, parlamentarilərin əksəriyyəti plenar iclasda Ukraynaya kapital bazarlarında Aİ-nin ümumi borc vəsaitləri hesabına maliyyələşdiriləcək və büdcə ehtiyatı ilə zəmanət veriləcək 90 milyard avro məbləğində Aİ krediti (2026-2027-ci illərdə - red.) nəzərdə tutan bu təklifin lehinə səs verib.
Bu yeni alət Ukraynanın müdafiə sənayesinə dəstək və onun Avropaya inteqrasiyası da daxil olmaqla hərbi yardım, eləcə də Kiyevə ümumi büdcə dəstəyi təmin edəcək.
Bununla paralel olaraq, Avropa Parlamentinin deputatları həmçinin "Ukrayna üçün Mexanizm"ə (Ukraine Facility) düzəlişlərin edilməsi və 24 dövlətin (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) Ukraynaya kredit verə bilməsi üçün Aİ Şurasının gücləndirilmiş əməkdaşlıq haqqında qərarı ilə bağlı müşayiətedici təklif üzərində işi sürətləndirmək qərarına gəliblər.
Bu məsələ üzrə səsvermə sabah, 21 yanvarda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 20 Yanvar 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















