Icma.az
close
up
RU
Avropaya tranzit terror miqrasiyası?! Azərbaycanda məhkəmə işində şok yeniliklər

Avropaya tranzit terror miqrasiyası?! Azərbaycanda məhkəmə işində şok yeniliklər

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycan Respublikasına gəlib, digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yaymışdı və daha əvvəl yayılmış məlumatlarda ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edirdi.

Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edir.

Məhkəmə baxışında olmuş materiallarından görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.

Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilmişdir. Bu faktla bağlı DTX-də istintaq-əməliyyat tədbirləri aparılan ayrıca cinayət işi ayrılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see229

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see132

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see123

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri