Icma.az
close
up
RU
“Avstraliya sahilində tapılan yüz illik mesajlı şüşə: Birinci Dünya müharibəsinin əks sədası“ CNN

“Avstraliya sahilində tapılan yüz illik mesajlı şüşə: Birinci Dünya müharibəsinin əks sədası“ CNN

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Sahildə tapılan məktub uzun illərin sükutunu pozub..."

Avstraliyanın Vestern Avstraliya əyalətində, Esperans şəhərinə yaxın Wharton Beach sahilində bir ailə təsadüfən bir şüşə tapıb.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Sahildə kiçik möcüzə

Oktyabrın 9-da Debra Brown və qızı Felisiti sahildə zibilləri yığarkən, dalğaların xətti üzərində bir azca yuxarıda parlayan şüşəni görüb. Debra deyib: "Biz tez-tez sahillərimizi təmizləyirik və heç vaxt zibildən ötüb keçmirik. Və bu kiçik şüşə orada bizi gözləyirdi, sanki onu kimsə götürəcəkdi".

Bir əsrdən sonra açılan məktublar

Şüşənin içindən iki məktub çıxıb, hər ikisi 15 avqust 1916-cı ildə qələmlə yazılıb. Məktubların müəllifləri 27 yaşlı Malkolm Neville və 37 yaşlı Uilyam Harli olub. Hər ikisi Birinci Dünya müharibəsi zamanı Avstraliyanı Avropaya daşıyan HMAT A70 "Ballarat" gəmisində xidmət edib.

12 avqust 1916-cı ildə "Ballarat" Adelaide şəhərindən yola çıxıb, yeni əsgərlər 48-ci Avstraliya piyada taborunu Qərb cəbhəsində gücləndirmək üçün gedib. Məktub yazıldığı zaman əsgərlər Böyük Avstraliya körfəzində olub.

Malkolm Neville tapacaq şəxsə məktubu anasına, Robertine Nevilleyə çatdırmasını xahiş edib. O, anasına yazıb ki, vəziyyət yaxşıdır: "Yeməklər çox dadlıdır, yalnız birini dənizə atmalı olduq". Gənc əsgər əlavə edib: "Gəmi yelləndi, amma biz Larri kimi xoşbəxtik" - bu, dövrün Avstraliya ifadəsi ilə "çox xoşbəxtik" demək idi.

Malkolm Neville məktubu göndərdikdən bir il sonra həyatını itirib. Uilyam Harli iki dəfə yaralanıb, lakin sağ qayıdıb və 1934-cü ildə Adelaidedə, ailəsinin dediyinə görə, alman qazlarının təsirindən yaranmış xərçəngdən vəfat edib.

Şüşənin sükutu və onun sirri

Debra Brown düşünür ki, şüşə uzun məsafələr qət etməyib, sadəcə bir əsrdən çox sahildəki qum təpələrində qalıb. Son aylarda dalğaların yaratdığı eroziya şüşəni hərəkət etdirə bilərdi.

Şüşənin içindəki kağız nəmli olsa da, mətn yaxşı oxunub. Bunun saysində Debra hər iki əsgərin ailələri ilə əlaqə saxlayıb. O, şüşənin demək olar ki, mükəmməl qorunduğunu və üzərində heç bir qalıq olmadığını vurğulayıb - bu, onun uzun müddət qumun altında, sudan və günəş işığından qorunaraq qaldığını göstərir.

Uilyam Harlinin nəvəsi Enn Terner deyib ki, ailəsi "tamamilə heyrətə gəlib": "Biz sadəcə inanmaqda çətinlik çəkirik. Bu həqiqətən möcüzəyə bənzəyir. Həqiqətən də hiss edirik ki, babamız qəbirdən əl eləyib", - o,  deyib.

Malkolm Nevillenin qohumu Herbi isə əlavə edib ki, bu inanılmaz tapıntı ailəsini birləşdirib: "Görünür, o, müharibəyə getməkdən çox sevinib  Çox təəssüf ki, belə olub və o, ölüb", - Herbi Neville qürurla deyib. "Vay! Necə insan olubmuş!" Bu hadisə yüz illik sükutu pozan kiçik bir şüşənin, həmçinin unudulmaz əsgər hekayələrinin möcüzəvi anıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri