Icma.az
close
up
RU
Avtobus dərəyə düşdü: 23 ölü, 10 yaralı Hindistanda

Avtobus dərəyə düşdü: 23 ölü, 10 yaralı Hindistanda

Hindistanın şimalında Marchula şəhəri yaxınlığında avtobusun dərəyə düşməsi nəticəsində azı 23 nəfər ölüb, 10 nəfər yaralanıb. 

Ölkə.Az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata görə, 45 nəfərlik avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəetməni itirib və avtomobil təxminən 200 m hündürlükdən uçuruma düşüb.

Zərərçəkənlərin yaxınlıqdakı xəstəxanalara aparıldığı qeyd edilir. Ən azı beş nəfər hələ də itkin sayılır.

Hadisə yerində xilasetmə işləri davam edir.

Mürtəza
Ölkə.Az

seeBaxış sayı:1
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri