Yamal ilə bağlı problem
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“El Nacional” nəşri “Barselona” ilə bağlı maraqlı məlumat yayıb. Bu mənbəyə inansaq, komandanın paltardəyişmə otağında Lamin Yamal ilə bağlı həssas vəziyyət yaranıb.
"Football-plus.az" xəbər verir ki, iyulun 13-də onun 18 yaşı tamam olacaq. Bundan sonra Laminin klubla razılaşdırılmış və notarial qaydada təsdiqlənmiş peşəkar müqaviləsi qüvvəyə minəcək.
Hazırda Yamal ilkin yeniyetmə əmək müqaviləsi əsasında oynayır və illik maaşı 3 milyon avroya bərabərdi. O, tam yetkinliyə çatdıqdan sonra isə nəticələrinə uyğun olaraq yeni maaş alacaq. Futbolçunun tezliklə “Barselona”nın ən yüksək maaş alan futbolçusuna çevriləcəyi gözlənilir: onun illik məvacibinin təxminən 35-40 milyon avro olacağı bildirilir. Bu isə klubun hazırkı ən çox maaş alan futbolçusu olan Robert Levandovskinin qazancından da çoxdu.
Deyilənə görə, bu amil artıq “Barselona”nın bəzi oyunçularında, xüsusilə də komandanın veteranlarında narahatlıq doğurmağa başlayıb. Onlar hesab edirlər ki, bu, həm iyerarxik, həm də maaş balansını poza bilər.
Baxış sayı:57
Bu xəbər 10 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















