Avtomagistrallarda qaydaları pozanlar 150 manat cərimə olunacaqlar KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.
KONKRET.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni maddə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.
Layihə səs qoyularaq, birinci oxunuşda qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















