AMB: İT İdarəetmə, Data İdarəetməsi və Süni İntellekt İdarəetməsi çərçivələrinin hazırlanması üzrə işlər aparılır
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətimiz bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, eləcə də rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəlib.
Banco.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
Onun sözlərinə görə, bu istiqamətlər həm strateji sənədlərimizdə, həm də gündəlik nəzarət və monitorinq fəaliyyətlərimizdə öz əksini tapır və sektorun bütövlükdə sabitliyinin təmin olunmasına xidmət edir:
"Hazırda İT İdarəetmə, Data İdarəetməsi və Süni İntellekt İdarəetməsi çərçivələrinin hazırlanması üzrə işlər aparılır və bu istiqamətdə hazırlanan layihə sənədləri yaxın zamanda maliyyə sektoruna təqdim olunacaq: "Rəqəmsal kanalların inkişafında mühüm rol oynayan məsafədən hesab açılması qaydaları üzrə işlər də davam etdirilir və müvafiq tənzimləmə çərçivəsinin hazırlanması üzrə işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur".
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















