Avtomobilinizdəki bu sistem telefonunuza zərər vura bilər ARAŞDIRMA FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Son illərdə sürücüsüz və yüksək texnologiyalı avtomobillərdə geniş istifadə olunan LİDAR (İşıq Təsbiti və Aralığı) sistemi smartfon kameraları üçün ciddi risk yaradır.
Avtosfer.az-ın məlumatına görə, sosial mediada bir çox istifadəçi avtomobillərin fotolarını çəkdikdən sonra telefon kameralarının sıradan çıxdığını bildirir.
Mütəxəssislərin sözlərinə görə, LİDAR sistemləri ətrafı skan etmək üçün güclü infraqırmızı lazerlərdən istifadə edir. İnsan gözü üçün zərərsiz olsa da, bu şüalar kamera sensorlarına birbaşa dəydikdə onları yandıra və daimi zədələyə bilər. Nəticədə fotolarda qara ləkələr, xətlər və ya tamamilə işləməyən piksellər meydana gəlir.
Xüsusilə "Tesla", "Audi", "Mercedes" və "Volvo" kimi markaların bəzi yeni modellərində LİDAR texnologiyası mövcuddur. Mütəxəssislər istifadəçilərə bu avtomobillərin LİDAR modullarını birbaşa çəkməməyə çağırır. Çünki cəmi bir neçə saniyəlik təsir belə kameranı yararsız hala sala bilər.
Hazırda mütəxəssislər avtomobil və telefon istehsalçılarının bu problemi aradan qaldırmaq üçün texniki həll yolları hazırlamasının vacibliyini vurğulayırlar.
Eltac Züıfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















