Icma.az
close
up
RU
Maşınınızda bu sistem aktivdirsə, toqquşma riskləri aşağıdır ARAŞDIRMA FOTO

Maşınınızda bu sistem aktivdirsə, toqquşma riskləri aşağıdır ARAŞDIRMA FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avtomobil texnologiyaları günbəgün inkişaf edir və təhlükəsizliyi artırmaq üçün yeni sistemlər təqdim olunur. Bu sistemlər arasında ABS, ESP və toqquşmadan yayınma sistemi (AEB - Automatic Emergency Braking) xüsusi əhəmiyyətə malikdir.

Avtosfer.az xəbər verir ki, ABS və ESP artıq bir çox avtomobildə standart olsa da, toqquşmadan yayınma sistemi daha çox yuxarı seqment modellərdə standart, aşağı seqment modellərdə isə opsional təklif olunur.

Toqquşmadan yayınma sistemi nədir və necə işləyir?

Toqquşmadan yayınma sistemi avtomobilin qabaq hissəsində yerləşdirilən sensorlar vasitəsilə qarşıdakı nəqliyyat vasitəsini və məsafəni təqib edir. Bu sistem adətən sürət 30 kilometr-saatdan yuxarı olduqda aktivləşir. Sistem sürücünü həm vizual (ekranda məsafə göstəricisi), həm də səsli xəbərdarlıqlarla məlumatlandırır. Avtomobil sürücünün diqqət monitorinqi sistemi ilə təchiz olunduqda xəbərdarlıq daha effektiv olur.

Bu texnologiya qəza riskini əhəmiyyətli dərəcədə azaldır və qarşıdakı avtomobillə toqquşmanın qarşısını almağa kömək edir. Hətta qəza baş verərsə belə, zərərin miqdarı minimuma endirilir və avtomobil sahibinin təqsirli bilinməsi ehtimalı azalır.

Bu təhlükəsizlik sistemi bir çox avtomobil istehsalçısı tərəfindən tətbiq olunur. Euro NCAP təhlükəsizlik testlərində yüksək bal toplamaq üçün bu sistem mühüm rol oynayır. Aşağıdakı markalarda və modellərdə bu sistemə rast gəlmək mümkündür:

“Seat” – Ibiza və Leon modelləri;

“Volvo” – demək olar bütün modellərdə;

“Mercedes-Benz”, “BMW”, “Audi” – əksər modellərdə;

“Volkswagen” “Golf”, “Jetta”, “Touareg” və “Arteon” (2017-dən etibarən);

Bu sistem bəzi hallarda standart, bəzilərində isə əlavə avadanlıq kimi təqdim olunur. “Toyota” isə benzinlə işləyən modellərində bu funksiyanı təklif edir.

“Volkswagen PreCrash 360°” təhlükəyə qarşı qabaqlayıcı tədbir görülməsi üzrə usta texnologiyalardan biri hesab edilir. “PreCrash 360°” sistemi toqquşma ehtimalı zamanı avtomatik müdaxilə edən qabaqlayıcı təhlükəsizlik texnologiyasıdır. Bu sistem qəza baş verməzdən 2 saniyə əvvəl aktivləşir və bir sıra tədbirlər görür: Bütün şüşələr avtomatik bağlanır, sərnişinlərin təhlükəsizlik kəmərləri tarımlanır, qəza işıqları yanır və səs siqnalı verilir.

Şüşələrin azacıq açıq saxlanması hava yastığının yaratdığı təzyiqi azaltmaq üçündür.

Bu sistemin əsas məqsədi qəza anında sərnişinlərin maksimum təhlükəsizliyini təmin etməkdir. “PreCrash 360°” yalnız sürüş zamanı deyil, həm də avtomobil dayanarkən və işə salındıqda aktiv olur. Beləliklə, təkcə yol-nəqliyyat hadisələrindən deyil, digər potensial təhlükələrdən də qoruma təmin edilir.

Avtomobillərdə toqquşmadan yayınma sistemi və PreCrash kimi texnologiyalar artıq lüks deyil, təhlükəsizlik baxımından zərurətə çevrilir. Bu cür sistemlər yol qəzalarının qarşısını almaqda və insan həyatının xilas edilməsində mühüm rol oynayır. Gələcəkdə daha çox avtomobil modelində bu sistemlərin standart komplektasiyada olması gözlənilir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see1006

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see266

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see241

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see201

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see154

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see133

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see132

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130

Fənərbaxça məğlubiyyətdən qurtuldu, Roma dan qələbə

28 Noyabr 2025 02:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri