Icma.az
close
up
RU
Avtomobillərin yol kənarında saxlanması, piyada səkilərinin zəbt olunması Bakıda tıxac problemi niyə bitmir?

Avtomobillərin yol kənarında saxlanması, piyada səkilərinin zəbt olunması Bakıda tıxac problemi niyə bitmir?

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bu ilin yay fəsli girməmişdən öncə vətəndaşlar tıxacların azalacağına, yolların bir qədər "nəfəs alacağına" ümid edirdilər.

Lakin, əksinə olaraq bu yay uzun müddətli tıxaclarla yadda qaldı.

Maraqlı məqam isə odur ki, kifayət qədər insanın istirahətə getdiyi bir dönəmdə paytaxtda bu qədər tıxacın olması normal sayılırmı?

Onu da əlavə edək ki, sentyabrın 15-dən yeni tədris ilinə start veriləcək və məktəblər, universitetlər açılacaq.

Bəs, görəsən, 2 həftə sonra nəqliyyatda vəziyyət necə olacaq? Yenə də saatlara tıxacda qalmaqlı olacayıq?

Ümummiyyətlə isə son zamanlardakı uzunmüddətli tıxacların səbəbləri nədir?

Xaotik vəziyyətlə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov AZXEBER.COM-a açıqlama verib.

Ekspert bildirib ki, tıxaclarla bağlı artıq dövlət proqramı təsdiq olunub və bunun qarşısını almaq üçün mühüm addımlar atılır:

"Bakıda olan tıxacların səbəbi həddindən artıq çoxdur. Amma mərhələylə bu tıxacları aradan qaldırmaq üçün artıq dövlətin yol xəritəsi mövcuddur. Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə dair dövlət proqramı təsdiq olunub və həmin dövlət proqramındakı əsas məqsədlərdən biri Bakı və ətraf ərazilərdə tıxacların azalmasıyla bağlı tədbirlər planıdır. Hər bir qurum qarşısında vəzifələr qoyulub ki, dövlət proqramına bağlı işlər effektiv həyata keçirilsin ki, 2030-cu ilə kimi tıxaclar azalsın. Lakin bu o demək deyil ki, biz bunu 2030-cu ilə qədər gözləyirik. Hazırda işlər gedir. Yol ötürücüləri, körpülər, tunellərin tikilməsi, yeni yolların salınması ona görə həyata keçirilir ki, tıxacların sayı azalsın".

E. Cəfərov Bakıda sıxlığın olmasının əsas səbəblərini açıqlayıb:

"Əslində sıxlığın olmasını normal qəbul edirəm. Çünki Bakı şəhəri özü-özlüyündə iri sənaye şəhəridir. Artıq turistik şəhərə çevrilir. Özünün zəngin və mədəni həyatı var. Burada həmçinin beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir. Bu, obyektiv səbəblərdir. Subyektiv səbəblərə gəlincə isə, burada müəyyən insanların məsuliyyətsizliyini qeyd edə bilərik. Söhbət ondan gedir ki, avtomobillərin yol kənarında saxlaması, piyada səkilərinin zəbt olunaraq onların yerində obyektlərin tikilməsi bugünkü sıxlığa şərait yaradan mühüm amillərdən biridir. Biz vətəndaş olaraq çalışmalıyıq ki, sıxlığın tıxaca çevrilməsinin qarşısını alaq. Sıxlıq normaldır, amma bunun tıxaca çevrilməsi üçün şərait yaratmamalıyıq. İnsanların indi daha çox ictimai nəqliyyata cəlb edilməsi üçün də metrolarda yeni depoların, stansiyaların tikintisi həyata keçirilir. Həmçinin avtobus seqmentində bu son illər ərzində xeyli avtobus gətirilib və dəyişdirilib. Bunlar hamısı edilir ki, vətəndaşlar avtomobildən çox ictimai nəqliyyata üstünlük versinlər. Daha sonra yeni dövlət proqramında tramvay xətlərinin çəkilməsi ilə bağlı da müddəa var. Baş plana uyğun olaraq o da olacaq".

Mikayıl Mirzəzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri