Icma.az
close
up
RU
Avtomobillərlə aparılan müharibə KÜNCDƏN BAXIŞ

Avtomobillərlə aparılan müharibə KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Avtomobil yollarında ağır qəzalar, faciələr son vaxtlar daha tez-tez baş verir. Bunun səbəbləri haqda çox yazılıb, çox danışılıb, lakin hələ də bu problemin həlli ilə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Burada çox sayda səbəblər var- yol infrastrukturunun bəzi yerlərdə təhlükəli olması, sürücünün yorğunluğu, avtomaşınların texniki vəziyyətinin yaxşı olmaması, sürücülərin qeyri-peşəkarlığı, yolverilən sürət həddinin keçilməsi və s.

Bu səbəblər arasında, məncə, ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də, şəhərlərarası avtobusların çoxu yolverilən sürət həddini xeyli dərəcədə keçir. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların da 110-la getdiyim yolda yanımdan güllə kimi şütüyüb keçməsinin şahidi olmuşam. Halbuki, avtobusların 90 km/saat-dan artıq sürətlə getməsi qadağandır.

Ən dəhşətlisi orasıdır ki, bu avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, normal sürətlə sürməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar. Burada sürücü və sərnişinlər arasında yazılmamış qanun, gizli razılaşma var sanki. Bax bu sürətli həyat tərzi əksər faciələrin səbəbkarıdır.

21-ci əsrdə “sürət əsri” demək, avtomobili yolverilən həddən yüksək sürətlə idarə etmək deyil. Bəziləri bu ifadəni səhv başa düşüblər və bu səhv də onlara həyatları bahasına başa gəlir. Həm də təkcə özlərinin yox, günahsız başqalarının da...

Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki, bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir.

Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, yüksək sürətlə sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazəverilən normadan 2-3 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti yaxşı deyil.

Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır. Ekspertlərin rəyinə görə, uzun yola çıxanda göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər iki saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar- o da, məcburən- yemək üçün.

Daha bir səbəb isə qeyd etdiyimiz kimi, yol infrastrukturu ilə bağlıdır. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var.

Problem əlbəttə təkcə sürücülərlə bağlı deyil, bəzi araşdırmalara görə piyadaların ölümü ilə nəticələnən qəzalarda onların payı 40 faizdən çoxdur. Bir çox piyadalar harda gəldi yolu keçir, gecə vaxtı qara paltarda özünü yolun ortasına atır və s. Maraqlısı odur ki, bir çox hallarda piyadalar məhz yeraltı və ya yerüstü keçidlər olan yerdə yolu keçirlər ki, bu da bəzən ölümlə nəticələnir. Lakin etiraf etməliyik ki, bəzi yollarda uzun məsafədə piyada keçidi yoxdur deyə, piyadalar harda gəldi yolu keçməyə məcbur olurlar.

Bu səbəblərdən, ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri