Icma.az
close
up
RU
Avtoxuliqan kimi tutuldu, vəsiqəsi əlindən alındı Məhkəmədə qalib gəldi FOTO

Avtoxuliqan kimi tutuldu, vəsiqəsi əlindən alındı Məhkəmədə qalib gəldi FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Avtoxuliqanlıq maddəsi ilə barəsində protokol tərtib edilən sürücü məhkəmədə qalib gəlib.

Bu barədə Avtosfer.az-a müraciət edən sürücü Yusif Cahangir oğlu Sadıqov bildirib ki, avqustun 1-də, saat 21:30 radələrində idarə etdiyi 77-YR-672 dövlət nömrə nişanlı “Chevrolet Malibu” markalı avtomobillə Salyan rayonunda hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək avtomobili duracağa yerləşdirilib. Hadisə zamanı Salyan rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına etirazını bildirən sürücünün dediyinə görə, avqustun 4-də Salyan rayon Məhkəməsi ona tətbiq edilən protokolu təsdiqləyib.

Qərara əsasən, Yusif Sadıqovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və 500 manat məbləğində cərimə tətbiq olunub. Bu qərarla razılaşmayan sürücü Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib və qalib gəlib: “Avqustun 1-də saat 21:30 radələrində idarə etdiyim “Chevrolet” markalı avtomobillə Salyan dairəsi istiqamətində hərəkətdə olarkən üzrlü səbəbdən qəfil geri döndüm. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozdum. Hadisə baş verən zaman ərazi üzrə xidmət aparan YPX əməkdaşları tərəfindən mənə “saxla” əmri verildi və dayandım. Daha sonra mənə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə yanaşı 332.1 və 511.1.3-cü maddələrini pozduğum bildirildi və maşınım cərimə meydançasına aparıldı. Avtoxuliqanlıq etmədiyimi və bu xətanı törətdiyim halda belə avtomobilin duracağa yerləşdirilməsinin qanuna zidd olduğunu bildirsəm də heç bir nəticəsi olmadı.

Avqustun 4-də keçirilən məhkəmə prosesində bu qərarının ləğv edilməsini, barəmdə çıxarılan inzibati tənbeh tədbirinin qanunsuz hesab edilməsini, təqdim etdiyim dəlillərin nəzərə alınaraq barəmdə bəraətverici qərar çıxarılmasını xahiş etdim. Lakin məhkəmə irəli sürdüyüm sübutlara baxmayaraq avtoxuliqanlıq etdiyimə dair qərarı əsas tutdu və tərtib olunmuş protokola xitam vermədi. Daha sonra barəmdə qəbul olunmuş qeyri-obyektiv qərarla bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim.

Sentybarın 8-də keçirilən məhkəmədə təqdim etdiyim videogörüntülərə baxılaraq idarə etdiyim nəqliyyat vasitəsi ilə İXM-in 511.1.3-cü maddəsinə əsasən, yolun səthində təkərlərin sürtünməsi səslərini çıxarmadığım və çoxsaylı təkər izləri buraxmadığım sübuta yetirildi. Görüntüdə sadəcə olaraq dairəvi yola daxil olmadan geriyə döndüyüm əks olunmuşdu. Bu qayda pozuntusunun cəriməsini də ödədim. 

Şərh olunanları və İnzibati Xətalar Məcəlləsinin 53, 134 və 137-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi şikayətimi təmin etdi və avqustun 4-də keçirilən məhkəmədə barəmdə qəbul olunmuş qərarı ləğv etdi. Buna baxmayaraq, mən həmin polis əməkdaşlarından və Salyan rayon Məhkəməsinin hakimindən şikayətçiyəm”.

Xatırladaq ki, sürücünün avtoxuliqanlıq etməsiylə bağlı avqustun 4-də saytımıza məlumat daxil olmuş və xəbər kimi yayımlanmışdır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri