Icma.az
close
up
RU
“AXCP nin fəaliyyətinə dövlətçilik prinsipləri baxımından siyasi qiymət verilməlidir“

“AXCP nin fəaliyyətinə dövlətçilik prinsipləri baxımından siyasi qiymət verilməlidir“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2016-cı ilin 15 iyulu Türkiyə Cümhuriyyəti üçün sadəcə bir tarix deyil, milli iradənin ölüm-dirim sınağı idi. Həmin gecə Türkiyə xain FETO terror təşkilatının illərlə gizli şəkildə planladığı dövlət çevrilişi cəhdi ilə silkələndi. Uzun illər ərzində dövlət strukturlarının, təhlükəsizlik orqanlarının və ordunun dərinliklərinə sızmış, məhz o gün üçün hazırlanmış və xarici kəşfiyyat dairələrinin milyonlarla dollar xərclədiyi bir şəbəkə acımasızcasına ölkəni xaosa sürükləməyə çalışdı. Xalqın üzərinə atəş açıldı, millətin suverenliyinin simvolu olan Türkiyə Böyük Millət Məclisi bombalandı, legitim hökumət devrilməyə cəhd edildi.

Məqsəd aydın idi: Türkiyəni yüksəliş yolundan döndərmək, onu qarışıqlığa sürükləmək, müstəqil iradəsini əlindən alaraq itaətkar, sözsüz-sahibsiz bir vassal dövlətə çevirmək. Lakin plan baş tutmadı. Çünki xalq ayağa qalxdı. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sarsılmadı. Küçələrdə tankların qarşısına sinə gərən millət dövlətinə sahib çıxdı. Xəyanət şəbəkəsi darmadağın edildi, Türkiyənin yolunu kəsmək istəyənlər sıradan çıxarıldı və güclü Türkiyənin önü açıldı. İndi düşünək, əgər o xəyanət baş tutsaydı, bu gün Türkiyə harada olardı? Heç şübhəsiz, xarici mərkəzlərin əmrlərini yerinə yetirən, öz taleyinə özü qərar verə bilməyən üçüncü dərəcəli bir ölkəyə çevrilərdi. Amma tarix başqa cür yazıldı, milli iradə qalib gəldi.

Bu xatırlatma təsadüfi deyil.

Son aylarda Azərbaycanda Mehdiyev–Kərimli xəyanət planı ilə bağlı üzə çıxan faktlar, ifşa olunan mexanizmlər və təşkilatlanma metodları istər-istəməz FETO modelini xatırladır. Gizli şəbəkə, uzunmüddətli hazırlıq, siyasi və media mühitinə sızma, xarici mərkəzlərdən idarə olunan çevriliş ssenarisi. Sxem eynidir, yalnız adlar dəyişib. Fətullah Gülən necə illərlə pərdəarxasında fəaliyyət göstərmişdisə, Ramiz Mehdiyev də uzun müddət müxtəlif qaranlıq mexanizmlər qurmaqla idarəçilik və resurs kanallarında asılılıq xətləri formalaşdırmağa, siyasi fiqurları və media resurslarını alətə çevirməyə nail olmuşdu.

Artıq heç kimə sirr deyil ki, Rusiyanın birbaşa ideoloji və siyasi yönləndirməsi ilə Ramiz Mehdiyev və Əli Kərimli tandeminin hakimiyyəti zor gücü ilə ələ keçirməyə hesablanmış planı hələ 2013-cü ildə Moskvada yaradılan “milyarderlər ittifaqı” və Bakıda formalaşdırılan “milli şura” vasitəsilə institusionallaşdırılmış və onun icrası üçün bütün resurslar işə salınmışdı. İstisna deyil ki, “milli şura”ya qoşulan şəxslərin heç də hamısının Mehdiyev–Kərimli cütlüyünün əsl niyyətindən xəbəri olmamışdı. Bəlkə də bu qurumun iç üzünü anlayan, xəyanət planının konturlarını sezən bir çox şəxslər qısa müddət sonra oranı tərk etdilər. Lakin anti-milli şurada qalan və bu gün də istintaqa cəlb olunan Cəmil Həsənli, Gültəkin Hacıbəyli və adları araşdırma materiallarında keçən digər siyasi simalar  bu planın mahiyyətindən xəbərsiz olmuş kimi təqdim edilə bilməzlər. Onların bu xəyanət ssenarisində iştirak və ya  məlumatlılıq dərəcəsi istintaq orqanları tərəfindən müəyyənləşdirilməlidir.  

Burada Rusiya ilə Əli Kərimli arasında uzun müddət formalaşmış əməkdaşlığa dair mətbuatda gedən bir məqam xüsusilə diqqəti cəlb edir. Belə ki, AXCP-də olmuş şəxslərin açıq etiraflarına əsasən bəlli olur ki, Rusiya ilə dərin əlaqələri ilə tanınan Ramiz Mehdiyev Əli Kərimli ilə gizli işbirliyinə girərək AXCP-nin Rusiya maraqlarına xidmət edən bir siyasi alətə çevrilməsində fəal rol oynayıb. O da məlum olub ki, AXCP və “milli şura”nın maliyyə qaynaqları təkcə Ramiz Mehdiyevlə məhdudlaşmayıb. Maliyyələşmə sxemində Rusiyanın müvafiq strukturlarının, eləcə də Rusiyada yaşayan bəzi azərbaycanlıların məqsədli şəkildə istifadə edildiyi, anti-milli fəaliyyətlərin bu kanallar vasitəsilə maliyyələşdirildiyi üzə çıxıb. Əli Kərimlinin yaxın çevrəsindən olan Saleh Rüstəmlinin Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqələri isə artıq ictimai müzakirə mövzusu deyil, istintaq predmetidir. Bu əlaqələrin intensivliyi o həddə çatıb ki, həmin kanallar vasitəsilə Əli Kərimliyə mütəmadi şəkildə ismarışlar ötürülüb. 

Bundan başqa, hadisələrin xronoloji və faktoloji təhlili göstərir ki, bu dövlət çevrilişi planına hazırlıq qısa müddətdə deyil, illər boyu sistemli şəkildə aparılıb. Hər şeydən öncə Ramiz Mehdiyev tərəfindən AXCP və “milli şura” məqsədli şəkildə “əsas müxalifət qüvvəsi” kimi cəmiyyətə sırınıb, onların etiraz aksiyaları maliyyələşdirilib, dövlətə aid həssas məlumatlar mitinq təşkilatçılarına ötürülüb və beləliklə, dövlətin daxilində təhlükəli bir şəbəkə formalaşdırılıb. Ölkə üçün taleyüklü məqamlar ərəfəsində sifarişli mitinqlər vasitəsilə Əli Kərimli və onun ətrafı dövlətə qarşı alətə çevrilib. Təsadüfi deyil ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan dərhal sonra AXCP-nin  “inqilabi” mitinq fəaliyyəti də birdən-birə dayandı. Bu fakt özü-özlüyündə deyilənlərin açıq etirafıdır.

2025-ci ildə Azərbaycanla Rusiya arasında yaranmış gərginliyi fürsətə çevirən Mehdiyev–Kərimli tandemi yenidən hərəkətə keçmiş, bu dəfə də eyni, lakin təhlükəli ssenarini dövriyyəyə buraxmışdır. Yanaşma dəyişməyib, xarici silahlı müdaxilə fonunda hakimiyyəti devirmək, AXCP və “milli şura”da təmsil olunan şəxslər də daxil olmaqla təxminən 50 nəfərlik “dövlət şurası” yaratmaq, konstitusion idarəetməni iflic etmək və ölkədə oyuncaq, asılı, iradəsiz bir rejim yaratmaq. Yayılan məlumatlardan bəlli olur ki, bu xain planın əsas tərkib hissələrindən biri kimi Ramiz Mehdiyevin yaradılması nəzərdə tutulan qondarma “dövlət şurası”na rəhbərlik etməsi, Əli Kərimlinin isə bu qeyri-legitim strukturda əsas fiqurlardan birinə çevrilməsi, ölkənin konstitusion idarəetməsi isə pərdəarxası mərkəzdən idarə olunan, milli iradədən məhrum bir mexanizmlə əvəzlənməsi nəzərdə tutulub. 

Lakin Türkiyədə FETO-nun həyata keçirməyə başladığı hakimiyyət çevrilişi cəhdindən fərqli olaraq, Mehdiyev-Kərimli planı icraya yönəldilə bilmədi. Azərbaycan rəhbərliyi və DTX daha çevik tərpəndi, xəyanət planı elə beşiyindəcə boğuldu, ifşa edildi, zərərsizləşdirildi. 

Amma bu hələ “hər şey bitdi” demək deyil. Tam əksinə, xəyanət şəbəkələri məğlub olanda yox olmur, gizlənir, taktika dəyişir, maska taxır, yenidən əlverişli məqam axtarır. Məhz buna görə istintaq orqanlarının üzərinə düşən missiya yalnız bir epizodu bağlamaq deyil, bu şəbəkənin bütün üzvlərini, siyasi partiyalarda, mediada, QHT-lərdə və dövlət qurumlarında gizlənən bütün əlaqələri sonadək üzə çıxarmaq və hüquqi məsuliyyətə cəlb etməkdir. Əminəm ki, Azərbaycan dövləti bu məsələni yarımçıq qoymayacaq. DTX artıq Ramiz Mehdiyev xəttinə sədaqətli siyasi fiqurların tam siyahısını, onların dövlət çevrilişi planlarında iştirak dərəcəsini və konkret rollarını müəyyən edib və bu proses yaxın zamanlarda tam olaraq başa çatacaq. Şübhəsiz ki,  dövlətçiliyə qarşı çıxan, xarici mərkəzlərin sifarişi ilə hərəkət edən hər kəs qanun qarşısında cavab verəcək, məhkəmə hökmü ilə layiq olduğu cəzanı alacaq. 

Bir məsələni də unutmaq olmaz ki, Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra Kremlin postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda itirilmiş təsir dairəsini bərpa etməyə cəhd edəcək. Bu strategiyanın tərkib hissəsi olaraq Rusiyanın Azərbaycanda daxili sabitliyi pozmağa yönəlmiş köhnə və sınaqdan çıxmış təsir mexanizmlərini yenidən aktivləşdirməyə çalışacağı istisna edilmir. Bu kontekstdə Ramiz Mehdiyevə bağlı şəbəkələrin və onların siyasi, ideoloji və təşkilati dayaqlarının prosesə cəlb olunması xüsusi risk mənbəyi kimi qalmaqdadır. 

Və burada prinsipial sual yaranır: dövlətə xəyanət planında və qondarma “dövlət şurası” yaratmaqla Azərbaycanın konstitusion quruluşunu qeyri-qanuni yolla dəyişdirməyə cəhd edən AXCP-nin bir partiya olara məsuliyyəti necə olacaq? Rusiyanın vassalına çevirmək istədiyi Azərbaycanda belə strukturlara həqiqətən ehtiyac varmı? Bir dəfə xəyanətə bulaşmış, milli iradəyə arxa çevirmiş bir qurumun yenidən eyni xəyanəti təkrarlamasına göz yummalıyıqmı? 

Cavab sadədir: xeyir, bu rəzilliyə göz yummaq olmaz.  Müstəqilliyimizə, qələbəmizə və milli birliyimizə qəsd edən, azad etdiyimiz ərazilərə getməkdən imtina etməklə xalqın Zəfərini və iradəsini heçə sayan, dövlətçiliyi hədəfə alan qurumların siyasi palitrada “normal institut” kimi saxlanması qəbuledilməzdir. Siyasi mühitin bu cür təhlükəli, çirkli, xarici şəbəkələrdən təmizlənməsi dövlətin məsuliyyətidir. Bu, “siyasi basqı” deyil, milli təhlükəsizlik tədbiridir. Üstəlik, bu yanaşma beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və milli qanunvericiliyinə zidd deyil, çünki dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönəlmiş cəhdlər heç bir ölkədə “siyasi fəaliyyət” adı ilə legitimləşdirilə bilməz.

Bu səbəbdən sözügedən təhlükələrin qarşısının alınması təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Məsələ eyni zamanda siyasi, ideoloji və informasiya təhlükəsizliyi müstəvisində aparılması gərəkən sistemli mübarizəni zəruri edir. Xarici mərkəzlərin təsiri altında fəaliyyət göstərən, milli maraqlara zidd mövqe sərgiləyən qurum və təşkilatların, o cümlədən AXCP-nin fəaliyyətinə dövlətçilik prinsipləri baxımından siyasi qiymət verilməli, onların destruktiv fəaliyyətinin qarşısı hüquqi mexanizmlər vasitəsilə alınmalıdır.

Dövlətin maraqları və konstitusion quruluşunun qorunması bu məsələdə güzəştə yer qoymur.

Azay Quliyev,

millt vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see315

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see179

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see142

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see134

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see130

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see130

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see124

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri