Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Ay sənin oyunun olsun, Uruqvay!

Ay sənin oyunun olsun, Uruqvay!

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

...2012-ci ilin noyabrında Azərbaycanın Argentinadakı səfirliyi (eyni zamanda, Uruqvay Respublikasında akkreditə olunub-red.) Uruqvay Xarici İşlər Nazirliyinə bu ölkə rəsmilərinin “Dağlıq Qarabağa” səfərilə bağlı etiraz notası təqdim edib. Ermənistana məlum səfərində Uruqvay Nümayəndələr Palatasının o zamankı sədri Xorxe Errikonun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda “erməni soyqırımı xatirə kompleksinə” də baş çəkib, xatirə abidəsinin önünə əklil qoyub, “soyqırımı muzeyi”ndə olub. Spiker hətta Uruqvay tərəfindən “Dağlıq Qarabağın” müstəqilliyinin tanınması məsələsindən də danışmışdı: “Hazırda mən dəqiq heç nə deyə bilmərəm. Biz Ermənistanla əməkdaşlıq yaratmaq üçün gəlmişik. Bunu diplomatik cavab hesab etməyin. Biz məsələni tam öyrənməli, problem haqqında lazımi informasiya almalı və kömək etməyə çalışmalıyıq”.

Uruqvay Nümayəndələr Palatasının sədri Ermənistana 13 il əvvəlki səfəri zamanı bir az da irəli gedərək ölkəsinin sülhə aid məsələlərdə əməkdaşlıq etməyə hazır olduğunu, xalqların öz müqəddəratını təyin etməsi və suverenliyi prinsiplərini və BMT-nin əsas sənədlərini dəstəklədiklərini bəyan etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin Uruqvay Nümayəndələr Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar verilmiş notasında rəsmi Montevideonun diqqətinə parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu çatdırılırdı. Diplomatik notada uruqvaylı deputatların səfər zamanı keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanırdı. Etiraz notasında qeyd edilirdi ki, məsuliyyətsizlik və etinasızlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir.

Maraqlıdır ki, səfərdən öncə Uruqvay parlamentinin spikeri Xorxe Erriko Azərbaycan səfiri ilə görüşündə ölkəmizin ermənilər tərəfindən işğal altında saxlanılan ərazilərinə səfər etməyəcəyinə söz veribmiş. Amma vədinə xilaf çıxan ermənipərəst Erriko Bakının məlum notasını cavablandırmağı da “unutmuşdu”.

***

Bu hadisənin üstündən 13 il keçəndən sonra Uruqvayın yenidən ermənipərəstliyə başlaması, Bakıya ultimativ çağırışlar etməsi bizdə belə bir qənaət hasil edir ki, uzaq Latın Amerikası ölkəsində Cənubi Qafqazda baş verlənlərdən, yeni reallıqdan xəbərsizdirlər. Ya da bu ölkədə yaşayan köçəri ermənilər onlara yalan məlumatlar sırıyıblar. Əgər belə olmasaydı, Uruqvay parlamenti Azərbaycanı “erməni millətindən olan əsirləri təcili buraxmağa” çağırmazdı. Parlament bununla bağlı bəyanatı erməni əsilli deputat Xose Luis Sajianın təşəbbüsü ilə qəbul edib. Uruqvay Nümayəndələr Palatasının sessiyasında deputatlar “erməni soyqırımının 110 illiyi” mövzusuna da toxunublar.

Hələ bu harasıdır. Uruqvay–Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü, deputat Konrado Rodriges “Erməni soyqırımını inkar etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını istəyib. Onun hazırladığı layihəni parlamentin bütün fraksiyalarının üzvləri imzalayıblar. Bu yaxınlarda layihə qanunverici orqanda baxılacaq. Hay deputat çıxışında qeyd edib ki, “bu gün erməni soyqırımının inkar edilməsi qurbanların və onların nəsillərinin aşağılanmasının davam etməsi deməkdir”. Adamın futbol üzrə iki dəfə dünya çempionu olmuş bu Latın Amerikası ölkəsinə həm acığı tutur, o biri yandan isə yazığı gəlir. O boyda dövlət bir dəstə köçəri hayın əlində qapıdan-qapıya vurulan topa dönüb.

...Təəccüblü heç nə baş vermir. Uruqvayın “ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırımı kimi tanıyan” dünyada birinci ölkə olduğunu xatırlatsaq, təəccübünüz əriyib gedər. Bu “tarixi hadisə” 1965-ci ildə, saxtakar hay vay-şivənin 50 illiyində baş verib. Belə məqamda “Ay səni, Uruqvay!” – deməyəsən, nə deyəsən?

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri