Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ayağa qalxaraq alqışlanası strategiya Politoloqdan SENSASİON YAZI

Ayağa qalxaraq alqışlanası strategiya Politoloqdan SENSASİON YAZI

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bəli, diplomatiya olduqca mürəkkəb peşədir. Burada arzu olunan nəticələri əldə etmək üçün bəzən zərgər dəqiqliyi tələb olunur. Atılan hər bir addım, davranış və səsləndirilən hər bir ifadə dəqiq hesablanmış olmalı və konkret hədəflərə xidmət etməlidir. İstifadə olunan emosiya və mimikalar belə öncədən planlanır və rəqibin konkret reaksiyasına hesablanır. Peşəkar diplomatiyada ilk baxışdan hətta təsadüfi görünən hadisələr belə öncədən planlaşdırılır və konkret ssenari üzrə həyata keçirilir. Bir sözlə, ali diplomatiya bizim şoumen-psevdodemokratların alışdıqları və yeganə bacardıqları məsuliyyətsiz demaqogiya, habelə ucuz populizmdən çox-çox uzaqlarda dayanan məfhumdur.

İndi isə qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş zamanı etdiyi çıxışa, tədbir çərçivəsində baş vermiş bəzi əlamətdar hadisələrə, habelə səfər zamanı təşkil olunmuş maraqlı siyasi aksiyalara da qısaca olaraq diqqət yetirək. Dövlət başçısı öz çıxışında xüsusi vurğuladı ki: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”. Əlbəttə ki, burada dövlət başçısı ilk növbədə Azərbaycanın formalaşan beynəlxalq və hətta qlobal xab statusuna açıq şəkildə işarə edir. Mühüm logistik mərkəz funksiyasını yerinə yetirən bu xab qlobal siyasət kontekstində olduqca tutarlı meyardır. Burada dövlətlər üçün yarana biləcək iqtisadi perspektivlər bəzi ölkələrə kömək edəcəkdir ki, onlar öz “geostrateji yaralarını” unutsunlar.

Ancaq Prezidentin yuxarıda göstərilən fikrinin siyasi təyinatı bununla əsla bitmir. Əsl diplomatik oyun bundan sonra başlayır. Birincisi, Prezident İlham Əliyev 8 avqust Vaşinqton razılaşmaları ilə bağlı olan hadisələri bütün dünya və ilk növbədə rəqiblərin yaddaşlarında təzələyir. Bunun üçün Prezident ŞƏT-in tribunasından istifadə edir. Bu mərd, cəsarət və böyük iradə tələb edən addımdır. İkincisi, dövlət başçısı bu cür fikirləri səsləndirməklə həqiqətdə ona nail ola bildi ki, tədbirdə bilavasitə iştirak etməyən ABŞ-ın burada qiyabi iştirakını təmin etmiş oldu. Əminliklə deyə bilərik ki, Ağ Ev Prezident İlham Əliyevin sözügedən jestini diqqətsiz saxlamayacaq. Dolayısilə Azərbaycan sözügedən beynəlxalq tədbirdə ABŞ-ın beynəlxalq imicinin simasını müdafiə etmiş oldu.

Prezidentin səsləndirdiyi növbəti fikirlərə də diqqət yetirək: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Dəhlizə qarşı çıxış edən bütün rəqibləri tərksilah edən Prezidentin bu fikri peşəkar diplomatiyanın növbəti parlaq nümunəsidir.

Bununla da Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” terminini beynəlxalq diplomatik protokollara növbəti dəfə daxil etmiş olur və beynəlxalq ictimaiyyətin “qulaqlarını” sözügedən ifadəyə alışdırır. Dövlət başçısı “dəhlizi” sadəcə mühüm iqtisadi təzahür kimi təqdim etmir, burada “dəhliz” regionda yaşanacaq sülhün simvolu və təminatçısı kimi dəyərləndirilir. Odur ki, “dəhlizə” qarşı çıxış edən dövlətlər beynəlxalq ictimaiyyət tərəfindən bütün regionda sülh və barışa qarşı çıxış edən tərəflər kimi qəbul olunacaqlar. Rəqibləri geosiyasi pat vəziyyətinə qoyan sözügedən strategiya xalqımız tərəfindən yalnız alqışlana bilər.

Aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində Prezident İlham Əliyev Çin və ABŞ kimi nəhəng ölkələri, habelə “ŞƏT” kimi qlobal təşkilatı dolayısilə Zəngəzur  dəhlizinin mövcudluğuna maraqlı tərəflərə çevirmiş oldu, beynəlxalq ictimaiyyət isə buna şahidlik etdi. “Zəngəzur dəhlizi” tədricən regionun sülh və logistik brendinə çevrilir. Sözügedən siyasət sayəsində beynəlxalq ictimaiyyətin təfəkküründə “Azərbaycana lazım olan dəhliz” paradiqmasından “bütün dünyaya lazım olan sülh dəhlizi” paradiqmasına yumşaq keçidin baş verməsi təmin olunur.

Sözsüz ki, burada Hindistan tərəfinin Azərbaycanın ŞƏT-ə üzvlük müraciətinə qarşı veto haqqından istifadə etməsinə də toxunmalıyıq. Beynəlxalq mətbuatda bunun səbəbinin Azərbaycanla Pakistan arasında yaxın münasibətlər olduğu güman edilir. Ola bilsin elədir, ancaq Hindistanı sözügedən addıma məhz bu dəfə sözün hərfi mənasında itələyən hansı təkanverici hadisə olmuşdur? Axı cərəyan edən hadisələrin məntiqi, bəzi ölkələrin bizi öz təsir altına salmaq istəyi, ümumiyyətlə, Azərbaycanı məhz Ermənistan ilə birgə tədbirə dəvət olunması faktı və bir sıra digər amillər ona işarə edir ki, dövlətimiz tədbir zamanı sözügedən təşkilata bu və ya digər statusda qəbul olunmalı idi.

Mövcud kontekstdə biz dövlət başçısının rəsmi iclasdan öncə 1 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşünü mütləq xatırlatmalıyıq. Prezident İlham Əliyev sözügedən görüş zamanı ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını bildirdi. Odur ki, böyük ehtimal ilə bəhs etdiyimiz təkanverici hadisə məhz sözügedən görüş və görüş zamanı səsləndirilmiş fikirlər olmuşdur.

Xarici siyasətdə ikitərəfli münasibətlərə və bərabərhüquqlu strateji tərəfdaşlığa üstünlük verən Azərbaycanın bu gün ŞƏT kimi təşkilata üzv olması köhnə tarixin təkrarlanması deməkdir. Üzvlükdən imtina isə növbəti qalmaqal və yeni beynəlxalq təzyiqlər ilə rastlaşmaq deməkdir. Odur ki, cəmi bir diplomatik fənnin sayəsində məsələ bağlanmış hesab olunur, Pakistanın sayəsində isə rəsmi İrəvan sözügedən təşkilatın dəstəyindən məhrum olur.

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da Çinə səfəri və sözügedən tədbirdə iştirakı təsadüfi deyil. Burada da geosiyasi şahmat partiyasının bir hissəsinin icraatına şahidlik etmiş oluruq. Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak edib. Məhz sözügedən gəzinti zamanı  Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan ilə birgə çəkilmiş şəklinin beynəlxalq mətbuatda tirajlanması bütün dünyaya ünvanlanmış açıq mesajıdır ki, iki dövlət artıq sülhə nail olub, bütün digər məsələlər isə texniki təfərrüatlardır. Qeyd olunan siyasi aksiya eyni zamanda bəzi ölkələrin saxta vasitəçilik simulyasiyalarını da tərksilah etmiş olur. Bununla da biz növbəti dəfə ölkənin Birinci xanımı Mehriban Əliyevanın ifadəsində “yumşaq güc” siyasətinin praktiki təcəssümünü görmüş olduq.

Beləliklə, ŞƏTİ-in iclas salonlarında dövlət başçıları diskussiya və danışıqlar vasitəsilə müxtəlif geosiyasi strategiyaların mübarizəsini aparıldıqları zaman, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva ermənistanlı həmkarı ilə birgə dünyaya açıq sülh mesajlarını ötürürdülər. Onsuz da dövlətimizin və ümumən regionumuzun tarixinə düşmüş Mehriban xanım Əliyeva sözügedən jest ilə dünyaya sülhün mümkünlüyünü əyani şəkildə nümayiş etdirmiş oldu. Bununla da biz dünyaya bir daha göstərdik ki, sülh təşəbbüsü məhz Azərbaycana məxsusdur. Çin mədəniyyətinin ayrılmaz simvollarından biri olan yelpiyin əldə tutması isə Çinin ünvanına edilmiş siyasi reveransdır. Unutmayaq ki, bütün bu geosiyasi manevrləri həyata keçirtmək üçün lazımi siyasi şərait yaradan tərəf məhz Çin olub. Əlbəttə ki, burada daha çox təhlillər aparıla bilər, ancaq istənilən halda bütün şahid olduqlarımız ayağa qalxaraq alqışlanası strategiyanın mükəmməl tətbiq olunmasının nəticəsidir.

Asif Adil
"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri