Icma.az
close
up
RU
Ayağı yorğana görə uzatmamaq ... Gəlirindən çox xərcləmək istəyən vətəndaş bankdan kredit alır, sonra borc altında əzilir

Ayağı yorğana görə uzatmamaq ... Gəlirindən çox xərcləmək istəyən vətəndaş bankdan kredit alır, sonra borc altında əzilir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir". Bizimyol.info xəbər portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. Baş direktor əlavə edib ki, AMB-nin əsas məqsədi izafi borclanmanın qarşısını almaqdır: "Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir".İzafi borclanma nədir? Bununla bağlı əhaliyə nə kimi tövsiyələr vermək olar?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, vətəndaşın aylıq gəliri krediti ödəməyə imkan verməlidir: “İzafi borclanma odur ki, yəni gücü çatmayacaq qədər borcun altına girməkdir. Burda daha çox borc götürmək deyil. Gücü çatmayacaq qədər borcun altına girməkdir. Mərkəzi Bank da qaydalarını müəyyənləşdirib, xüsusən istehlak kreditlərində sərt qaydalar qoyub. Vətəndaşın aylıq gəliri krediti ödəməyə imkan verməlidir. Vətəndaşın aylıq 1000 manat rəsmi gəliri varsa, onun aylıq kredit ödəmə qrafiki 450 manatdan, yəni 45 %-dən çox ola bilməz. Burda bütün borclardan söhbət gedir. İstisna hallarda 70%-ə qədər qalxa bilər. Məsələn; ipoteka kreditində belə bir imkan var, orda da əlavə ehtiyat yaradılmalıdır. Banklar buna çox meyllənmirlər, çünki əlavə ehtiyatlar yaradırlar”.

Xalid Kərimli

Xalid Kərimli qeyd edib ki, gəlirlərimizdə rəsmiləşdirmə səviyyəsi aşağıdır, yəni gəlirlərin əksəriyyətində qeyri-şəffaflıq var: “Bu günlərdə kredit kartına rəsmi əməkhaqqının 5000 mislinə qədər limit qoydular. Əgər sizin əməkhaqqınız 1000 manatdırsa, maksimal 5000 manata qədər sizə kredit kartınız vasitəsi ilə kredit ayrıla bilər.

Mərkəzi Bankın Baş direktorunun dediyi ilə mən də razıyam. Baxmayaraq ki, kreditlər artır, kredit portfeli yüksəlir, istehlakçılar daha çox kredit götürür, amma region ölkələri ilə müqayisədə bizdə hələ vəziyyət çox aşağıdır. Hətta 50%-60% Ermənistan və Gürcüstandan aşağıdır. Bunun da səbəbləri odur ki, gəlirlərimizdə rəsmiləşdirmə səviyyəsi daha aşağıdır, yəni gəlirlərin əksəriyyətində qeyri-şəffaflıq var, müəyyən hissəsi qeyri-rəsmidir, əmək haqlarında da bu müşahidə olunur. Həmçinin, maliyyə sektoruna belə sərt qaydalar qoyublar ki, çox pul verə bilməsin. Amma qonşu dövlətlərdə maliyyə sektoru daha çox geniş iqtisadiyyata inklüzivliyi var və orda kreditlərin ümumi daxili məhsula (ÜDM) nisbəti də bizdən daha yüksəkdir. Baxmayaraq ki, bizdə artım gedir, amma onlara hələ çatmamışıq.

İnsanlara tövsiyəm odur ki, gücü çatmayacaq qədər kreditin altına girməsinlər. Nəzərə alsınlar ki, onlar faizlə o borcu qaytarmalıdırlar. Geciksələr cərimə ödəyəcəklər. Onsuz da istehlakçılara Mərkəzi Bank mümkün qədər məhdudiyyətlər qoyur ki, artıq pul götürməsinlər.

Bank olmayan kredit təşkilatında (BOKT) limit və məhdudiyyət hələ yoxdur. BOKT özü qiymətləndirir və deyir ki, kredit verim, ya yox. Yaxud da daxili kreditlər məşhurdur. Şirkətlər avadanlığa və s. kredit verir.

Vətəndaş öz gücünü bilsin. Atalar demişkən: “Ayağını yorğanına görə uzatsın”. Vətəndaş borc götürürsə, bilməlidir ki, onu qaytarmalıdır, qaytarmasa sabah cərimə gələcək, onu da qaytara bilməsə, əmlakına həbs qoyulacaq”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri