Ayağına tüpürcək inyeksiya edilən qadının əlillik təyinatı aparılıb? Agentlik rəsmisi AÇIQLADI Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Həyat yoldaşı tərəfindən ayağına tüpürcək inyeksiya edilən Ruhiyyə Mahmudovaya orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.
O bildirib ki, R.Mahmudova əlilik təyinatınatına uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq:
"Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Mahmudovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "Forma-88" göndərişində ekspertiza üçün önəmli məlumatlar ətraflı qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də 28.11.2024-cü il tarixdə vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən evində əyani müayinə edilib. Ruhiyyə Mahmudovanın müayinə nəticəsinə əsasən, qanunvericiliyə müvafiq olaraq ona orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb. Vətəndaş buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















