Icma.az
close
up
RU
Ayaks ın yetirməsi: Qarabağ a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm MÜSAHİBƏ

Ayaks ın yetirməsi: Qarabağ a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm MÜSAHİBƏ

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bu mövsümdən “Karvan-Yevlax”ın formasını geyinməyə başlayan Şaqil Sno Sportal.az saytına müsahibə verib. 29 yaşlı niderlandlı futbolçu Azərbaycana gəlməmişdən əvvəl “Ayaks”ın 2-ci komandası, “Almere”, “Telstar”, “Lokomotiv”(Plovdiv), “Botoşani” kimi klublarda oynayıb. “Ayaks”ın yetirməsi olan Sno bu gün Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək görüşdən də gözləntilərini bölüşüb:

- “Karvan-Yevlax” son turda “Kəpəz”lə görüşdə qalib gəlməyi bacarmışdı. İlk turda isə “Qəbələ” ilə heç-heçə etdiniz. Bu cür performans gözləyirdiniz? 

Düşünürəm ki, çox yaxşı başlamışıq və düzünü desəm, ilk iki matçdan dörd xal qazanmağımız mənim üçün sürpriz deyil. Komandamızın keyfiyyətinə inanıram. Yaxşı oyunçulardan ibarət güclü qrupumuz var və ən əsası, meydanda bir-birimiz üçün mübarizə aparırıq. Çox çalışmaq və birliyimizi davam etdirsək, bu mövsüm çox şey əldə edə biləcəyimizə inanıram.

- Bu gün “Qarabağ” önünə çıxacaqsınız. Bu komanda Azərbaycanda hegemonluq edir. Onlara qarşı oyun sizin üçün təhlükəli gəlir?

“Qarabağ”a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm. Təbii ki, “Qarabağ” böyük komandadır. Amma futbolda hər şey mümkündür. Hər matç 0:0 başlayır. Şəxsən mən böyük rəqiblərə qarşı bu cür oyunlardan həzz alıram.

- Ümumiyyətlə, “Karvan” liqada hansı nəticəni göstərə bilər, avrokuboklar uğrunda mübarizəyə qoşulmağınız realdır?

Dediyim kimi, komandanın yüksək keyfiyyətə malik olduğuna inanıram. Hələ mövsümün çox yenidir. Amma bu ruhla, mübarizəyə vahid kimi oynamağa davam etsək, düşünürəm ki, çoxlarını təəccübləndirə bilərik. Addım-addım, bunun bizi hara apardığını görəcəyik. Ən əsası ardıcıllıqdır.

- “Karvan”a keçidin necə alındı? Bu komanda və ya Azərbaycan Premyer Liqası, Azərbaycan futbolu haqqında məlumatın var idi? 

Agentlərdən biri mənimlə əlaqə saxladı və bu cür fürsətin olduğunu bildirdi. Azərbaycan liqası haqqında artıq bəzi məlumatlara sahib idim. Çünki dostlarımdan bəziləri əvvəllər burada oynayıblar. Onlar mənə ölkə, insanlar və futbol haqqında müsbət fikirlər söyləmişdilər. Əsas məqsədim sadədir: mümkün qədər çox oynamaq, öz keyfiyyətlərimlə komandaya kömək etmək və futbolçu kimi böyümək istəyirəm. Təbii ki, liqada yüksək yer tutmaq yaxşı olardı.

- Hazırda Yevlaxda yaşayırsınız. Orada sənin üçün həyat necə gedir? Yəqin ki, insanlar səni tanıyır, sizinlə maraqlanır...

Yox, mən ailəmlə birlikdə Mingəçevirdə yaşayıram. Burada həyat çox sakitdir, böyüdüyüm Amsterdamdan çox fərqlidir. Amma burada özümü yaxşı hiss edirəm. Mingəçevirdə insanlar uşaqlara qarşı çox gözəl davranır, çox mehribandırlar, ümumilikdə də insanlar mehriban və yardımseverdir. Qızım bundan çox zövq alır. Birlikdə çöldə çox vaxt keçiririk. Bəzən insanlar məni tanıyır, birlikdə şəkil çəkdirməyimizi istəyirlər və ya məni dayandıraraq, söhbət edirlər. 

- "Karvan” ev oyunlarını Yevlaxda keçirir. Stadionun ot örtüyü hazır olmadığı üçün Şamaxıda oynayırsınız. Yevlaxdakı ev oyunlarınızı səbirsizliklə gözləyirsiniz?

Bəli, qəti belədir. Yevlaxdakı öz stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, “Karvan”ın Azərbaycanda ən yaxşı pərəstişkarları var, ona görə də bu atmosferi yaşamaq üçün səbirsizlənirəm. Arxanızda tərəfdarları görmək həmişə xoş hissdir. Evdə oynamaq onlara həzz alacaqları anlar vermək deməkdir.

- Azərbaycanda əvvəllər çıxış etmiş futbolçular arasında dostlarınız və ya tanışlarınızdan kimlər var?

Bəli, əvvəllər bu liqada oynamış dostlarım var. Onlar mənə Azərbaycan futbolu və həyatı haqqında yaxşı şeylər danışdılar ki, bu da buraya gəlməmişdən əvvəl mənə aydın təsəvvür yaratmağa kömək etdi. Mən bir neçə ölkəyə köçmüşəm və yeni bir ölkəyə getdiyiniz zaman artıq bəzi məlumatlarınız varsa və sizdən əvvəl müsbət təcrübəsi olan insanları tanıyırsınızsa, bu həmişə asan olur.

Həmçinin “Telstar” (Niderland) və “Botoşani”dən (Rumıniya) keçmiş komanda yoldaşlarımdan bəziləri hazırda “Şamaxı”da oynayır. Onları yoldaşlıq görüşü zamanı meydanda rastlaşanda təəccübləndim. Çünki yeni liqada oynamağa başlayanda tanış simaları görmək həmişə maraqlı və xoşdur. 

- Sno soyadını eşidəndə dərhal ağlıma Evander Sno gəlir. O, bir vaxtlar “Ayaks” və “Seltik”də çıxış edib. Onunla qohumluq əlaqələrin var?

Bəli, o, mənim qohumumdur. Amma düzünü desəm, onunla yaxından münasibətimiz yoxdur. Mənim çox böyük ailəm var. Ona görə də hamı ilə sıx əlaqə saxlamıram. Amma təbii ki, onun karyerasından xəbərdaram.

- Azərbaycan Premyer Liqasında artıq iki oyun keçirmisən. Çempionatın səviyyəsi ilə bağlı fikirlərin necədir?

Düşünürəm ki, liqa çox yaxşı səviyyədədir. Komandaların yaxşı təşkil olunduğunu, oyunların gərgin keçdiyini və diqqətinizi tam cəmləmədiyiniz təqdirdə, hər bir rəqibin problem yarada biləcəyini görə bilərsiniz. Hər kəs bir-birinə qalib gələ bilər.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri