Ayaks Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
İngiltərənin "Tottenhem" klubunun sabiq yarımmüdafiəçisi İv Bissuma Niderlandın "Ayaks" komandasının oyunçusu olacaq.
30 yaşlı futbolçu yeni komandasında tibbi müayinədən keçəcək.
Niderland klubu yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq. Sözləşməyə daha bir mövsümlük uzadılma şərti də daxildir.
Qeyd edək ki, İ.Bissuma 2022-ci ilin yayından "Tottenhem"də çıxış edib və bu ilin iyununda müqavilə müddəti başa çatdıqdan sonra London təmsilçisindən ayrılıb. Futbolçu ötən mövsüm bütün turnirlərdə 11 matçda forma geyinsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.
"Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi Mali millisinin heyətində 111 matçda meydana çıxıb və 2 qol vurub.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 15 Sentyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















