Icma.az
close
up
RU
Ayan Qazi: Diplomu İsveç Kralının şəxsən mənə təqdim etməsi unudulmaz hadisədir MÜSAHİBƏ

Ayan Qazi: Diplomu İsveç Kralının şəxsən mənə təqdim etməsi unudulmaz hadisədir MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 19 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə yaşayan 23 yaşlı azərbaycanlı Ayan Qazi “Dəyərlərə əsaslanan liderlik” proqramını uğurla başa çatdırdığına görə Kral XVI Karl Qustavın şəxsən ona təqdim etdiyi diploma layiq görülüb.

Ötən həftə Ayan Qazi, həmçinin Avropanın ən qədim və daha mötəbər ali təhsil ocaqlarından biri olan, 1666-cı ildə təsis edilmiş Lund Universitetinin “Əmək hüququ” ixtisası üzrə bakalavr diplomunu alıb. Bu, onun ikinci diplomudur; gənc azərbaycanlı qız bundan əvvəl “Xidmət sahəsində idarəçilik” ixtisası üzrə bakalavr təhsili alıb.

Ayan İsveçə 11 yaşında köçüb. Yad dili və mədəniyyəti olan bir ölkədə yerləşən bir çox başqaları kimi, gənc qız da çətinliklərlə üzləşib, amma həm də maksimum dərəcədə istifadə etməyə çalışdığı yeni imkanlar əldə edib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Ayan fəal tələbə həyatı və ictimai dəyişikliklərə töhfə vermək səyləri barədə danışıb.

– Ayan, belə əlamətdar nailiyyətə görə sizi təbrik edirik. Diplomu şəxsən Kralın təqdim etməsi zamanı hansı hissləri keçirdiniz?

– Diplomu İsveç Kralının şəxsən təqdim etməsi mənim üçün unudulmaz hadisədir. Bu diplom kurs zamanı əldə etdiyim bilik və təcrübənin təsdiqi olmaqla yanaşı, həm də mənim bütün çoxillik ictimai fəaliyyətimin rəsmi təqdiri idi. Eyni zamanda, həm bugünkü məzun, həm də bir vaxtlar xarici ölkəyə köçmüş 11 yaşlı qız üçün simvolik və emosional bir an oldu.

– “Dəyərlərə əsaslanan liderlik” proqramı haqqında ətraflı məlumat verərdiniz.

– Bu təhsil proqramı İsveç Kralının “Gənc liderlik” Fondunun dəstəyi ilə İsveç Skautlar Xalq Məktəbi tərəfindən həyata keçirilir. Tələbə təşkilatının sədri qismində fəaliyyətim sayəsində kursa dəvət almışam. Təlim könüllü liderlik sahəsində ən azı iki il təcrübəyə malik və daha böyük ictimai məsuliyyət götürmək arzusunda olan 20-25 yaşlı gənclər üçün nəzərdə tutulub. Proqrama dörd həftəsonu təhsil, ev tapşırığı və müəllimlərlə görüşlər daxildir. Hər il 24 iştirakçıdan ibarət üç qrup olur və təxminən 70 gənc lider Kralın əlindən diplom alır. Proqram gənc liderlərin İsveç cəmiyyətinə verdiyi töhfələri dəstəkləmək və qeyd etmək üçün yaradılıb.

– İctimai fəallığınız necə başladı?

– Mən belə deyərdim: tələbə həyatı təkcə akademik uğurdan deyil, həm də universitetin həyatında fəal iştirakdan ibarətdir. Mənim iştirakım təhsilin birinci ilində başladı – “Agora” tələbə birliyində layihə meneceri oldum. Növbəti il təhsil məsələlərinə məsul şəxs seçildim və burada fakültə rəhbərliyi ilə dialoqda tələbələrin maraqlarını təmsil etdim. Eyni zamanda, vitse-prezidentin vəzifələrini icra edirdim ki, bu da mənə universitet səviyyəsində üzərimə daha böyük məsuliyyət götürmək və irimiqyaslı layihələrə rəhbərlik etmək imkanı verirdi. Üçüncü il tələbə birliyi seçki komissiyasının sədri oldum və orada bütün vəzifələrə namizədlərin seçilməsi prosesinə rəhbərlik etdim. Bundan əlavə, bələdiyyə ilə əlaqəli başqa bir tələbə təşkilatının sədri idim, onun məqsədi universitetlə yerli biznes arasında körpü yaratmaqdı. Məhz bu könüllü fəaliyyət sayəsində “Dəyərlərə əsaslanan liderlik” kursuna qəbul olundum.

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

– İndi özümü inkişaf etdirməyə davam edirəm – təhsil alıram, yeni bilik və bacarıqlar əldə edirəm. Bu diplom mənim üçün başlanğıcdır. Məqsədim dəyərlərimə uyğun şəkildə yaşayan insan və məsuliyyətli vətəndaş olmaqdır. Kim bilir, bəlkə də bir gün eyni məqsəd və əqidəni paylaşan insanlarla birlikdə daha ədalətli bir dünya yaratmağa töhfə verə biləcəyəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri