Icma.az
close
up
RU
Putinin təltif etdiyi azərbaycanlı teatr rəhbəri: Onunla şəxsən... Müsahibə

Putinin təltif etdiyi azərbaycanlı teatr rəhbəri: Onunla şəxsən... Müsahibə

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbəri Ədalət Hacıyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ədalət müəllim, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yeni ildə nə kimi planları var? Repertuarda təzə tamaşalar olacaqmı?

- Yeni ildən teatrımızın repertuarında altı yeni tamaşa olacaq. Ənənəvi olaraq tamaşalardan biri uşaqlar üçün nəzərdə tutulur. Hər ay Mədəniyyət Nazirliyinin dəstəyi və təşəbbüsü ilə regionlara qastrol səfərləri təşkil edilir. Keçən il Ulu Öndər Heydər Əliyevin yüz illiyi ilə əlaqədar belə bir layihə hazırlanmışdı.

Bütün teatrlar, o cümlədən bizim teatrımız da hər ay Azərbaycanın bir regionuna qastrol səfərinə gedir. Regionlarımızda axşam tamaşaları və uşaq tamaşaları nümayiş etdirilir. Kollektivimiz oktyabrda Şəkiyə, noyabrda Balakənə, dekabrda isə Lənkərana qastrola getmişdi. Bunun çox böyük əhəmiyyəti var. Biz rus dilində çıxış edirik, tamaşalarımızı regionlarımızda çox yaxşı qarşılayırlar.

Bu il ilk dəfə Balakəndə qastrol səfərdə olduq. Xalq artisti Səfa Mirzəhəsən Balakəndə doğulub. Onun sinif yoldaşları ilə məktəbdə çox yaxşı görüşü keçirildi. Buna görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik, çox xoşdur ki, bu cür layihələrdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı iştirak edir.

- Rəhbərlik etdiyiniz mədəniyyət ocağı Rusiya və ya hansısa digər xarici ölkə ilə əməkdaşlıq edirmi?

- Bu il Rusiyada Aleksandr Sergeyeviç Puşkin ili elan edilmişdi. Bununla əlaqədar Puşkinin "Kapitan qızı" əsəri əsasında tamaşa hazırlamağı qərara aldıq. Rusiyanın "Baltik Evi" Teatrı ilə müqavilə bağladıq. Müqaviləyə əsasən, rusiyalı rejissor İqor Konyayev "Kapitan qızı" tamaşasını qurdu.

Daha sonra "Baltik Evi" Teatrı bizi festivala dəvət etdi. Aleksandr Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Rusiyada görüşlər” adlı XXVI Beynəlxalq Rus Teatrları Festivalında böyük uğurla çıxış etdik. Festival "Kapitan qızı" tamaşası ilə açıldı. Bu, teatrımıza böyük hörmətin əlamətiydi.

Festivalda başqa ölkələrin teatrları da tamaşa nümayiş etdirdilər, amma ən çox bizim tamaşamız bəyənildi.

Daha sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə “Melixovo baharı” Beynəlxalq Teatr Festivalında iştirak etdi. Teatrımız festivala Puşkinin “Kapitan qızı” tamaşasını apardı. Burada da yüksək səviyyədə çıxış etdik. Bir sözlə, Puşkin ilini çox gözəl qeyd etdik.

Ankara festivalında Firuz Mustafanın "Maniken” ("Müqəvva”) monopyesi əsasında tamaşamız da maraqla qarşılandı. Türkiyədə azərbaycanlı ədibin əsərini rus dilində təqdim etdik. Bu, multikulturalizm göstəricisidir. Tamaşanın rejissoru Raulya Türkkandır.

- Bir zamanlar əksər teatrlar tamaşaçı azlığından şikayətlənirdi. Hazırda vəziyyət necədir, biletləriniz necə satılır, qazanc əldə etmək mümkündürmü?

- Biletlərimiz İticket.az saytı vasitəsiylə satışa təqdim olunur. Bu qazancla teatrın kommunal xərclərini ödəyirik, yeni tamaşalarımız üçün digər məsələləri həll edirik.

Uşaq tamaşalarına tələbat daha yüksəkdir, biletlər də çox yaxşı satılır. Teatrımızda Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa 12 ildir nümayiş olunur. "Yeddi gözəl", "Əli və Nino", “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah", Ceyn Ostinin “Qürur və qərəz” tamaşalarına Rusiyadan ölkəmizə gələn turistlər də təşrif buyururlar.

- Necə düşünürsünüz, teatra tamaşaçı marağı niyə istənilən həddə çatmır? Keyfiyyətli tamaşa yoxdur, yoxsa insanlar bilet almaq istəmirlər?

- Teatrımızda uşaqlar üçün nümayiş olunan tamaşanın bileti 5 manat, axşam tamaşalarının bileti 15 manat, premyera isə 25 manatdır. Bu rəqəmlərdən aşağı qiymət təşkil etmək düzgün deyil. Tamaşa üçün geyimlər, texniki məsələlər üçün vəsait lazımdır. Çalışırıq ki, biletlərin qiyməti yüksəlməsin. Onu da deyim ki, bizə bilet qiymətlərinin yüksək olması ilə bağlı müraciət edən olmayıb.

- Sizdən pulsuz bilet istəyənlər olurmu?

- Düzü, bizim teatra məktubla müraciət edənlər olur, tutalım, veteranlar və başqaları. Biz teatrımızda onlar üçün 20-30 yer ayırırıq, bilet pulu da almırıq.

- Akademik Rus Dram Teatrının kadr təminatı necədir? Son illərdə rusdilli aktyorlar yetişirmi?

- Mədəniyyət və İncəsənət Universitetində rus bölməsi yox idi. Fərəh Əliyeva İncəsənət Universitetinin rektoru olanda artıq bizim problemlərimizi bilirdi. İncəsənət Universitetində rus dili sektoru açıldı. Bir çox aktyorlarımız teatrda çalışa-çalışa universitetə daxil oldular. Onlar həm Azərbaycan dilində, həm də rus dilində imtahan verməli oldular.

Təhsil almaq çox vacibdir. Həm universitetdə oxuyur, həm də teatrda fəaliyyət göstərirdilər. Nəzəriyyə ilə təcrübə üst-üstə düşdü. Bizim elə bir işçimiz yoxdur ki, Azərbaycan dilini bilməsin. Eləcə də İncəsənət Universitetindən istedadlı tələbələri teatrımıza cəlb edirik. Orada çox istedadlı tələbələr var.

- Teatrda sizin üçün ən yaddaqalan hadisə nə olub?

- Sözün düzü, teatrımızda hər il qeyri-adi və yaddaqalan hadisələr baş verir. Bu, teatrdır, daim gözlənilmədən hansısa hadisə olur. Məsələn, hansısa tamaşanı təqdim edərkən düşünürük, tamaşaçının xoşuna gəlməyə bilər. Amma nəticə tamamilə fərqli olur və tamaşaçılar yeni əsəri çox bəyənirlər.

Teatrda məşq zamanı öncə texniki heyətdən soruşuram ki, tamaşa xoşunuza gəldi? Onlar neçə illərdir teatrmızda çalışırlar və məşqlərdən bilirlər ki, bu tamaşa yaxşı, yoxsa pis olacaq. Teatrın mətbəxində bəzi belə hadisələr də baş verir...

- Elə olubmu ki, tamaşa oynanıla-oynanıla tamaşaçı nəyəsə etiraz etsin?

- Hansısa tamaşa izləyicinin xoşuna gəlməyə bilər. Məsələn, salonda 300 tamaşaçı varsa, onlardan 10 nəfəri səhnədə nümayiş olunan tamaşanı xoşlamaya bilər və bu, normal haldır. İnsanların tamaşanı bəyənməyib, fikrini bildirməməsi də mədəniyyətin bir göstəricisidir.

Premyeradan sonra tamaşanın uğurlu olub-olmamasını bilet satışından müəyyən edirik. Aktyorlar da səhnədə tamaşaçıdan enerji alırlar. Əlbəttə, biz maraqlıyıq ki, tamaşaçımız çox, bilet satışı yaxşı olsun. Bu, bizə daha yaxşı işləmək üçün stimul verir.

- Akademik Rus Dram Teatrında səhnəyə çıxarmaq, tamaşalarınızda rol almasını istədiyiniz, amma bundan imtina edən aktyor olubmu?

- Neçə ildir bu teatrda fəalliyyət göstərirəm. Amma bu halla qarşılaşmamışam. Aktyora rol veriləndə onu o qədər özününkü hesab edir ki, heç vaxt ondan imtina etmir. Əsl aktyor belə olmalıdır. Obrazın yaxşı və pisi yoxdur. Hərdən aktyora dublyor məsləhət görəndə belə istəmir. Deyirik ki, birdən xəstələnərsən, ya başqa iş çıxar... Cavab verir ki, həmişə mən özüm obrazımı canlandıracam. Aktyor obrazını özəlləşdirir və onu yaşayır.

- Dövlət teatrlarının gələcəyini necə görürsünüz? Sizcə, Azərbaycanda özəl teatrların perspektivi varmı?

- Bütün dünyada özəl teatrlar var, bu, normal haldır. Özəl teatrlar tamaşaçının ona olan marağından asılıdır. Dövlət teatrı olaraq tamaşaçıda marağı o qədər gücləndirməliyik ki, özəl teatrlar üçün də tamaşaçı olsun.

- 2021-ci ildə siz Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılmısınız. Maraqlıdır, Putinlə hansısa tədbirdə bir araya gəlmisizmi?

- Vladimir Putinlə canlı ünsiyyətim olmayıb. Bu mükafat teatrın 100 illiyi ilə əlaqədar idi.

- Müsahibələrinizin birində həyat yoldaşınız, xalq artisti Brilliant Dadaşova ilə bağlı maraqlı fikir səsləndirmisiniz. Mərhum xalq artisti Rafiq Babayev sizdən Brilliant Dadaşovanın sənətinə mane olmamağı xahiş edib. Bu illər ərzində heçmi Brilliant xanıma mane olmadınız?

- Brilliant Dadaşova 1985-ci ildə Moskvada Ümumdünya Gənclər Festivalında çıxış edirdi. Rafiq Babayev Brilliantın səsi haqqında çox gözəl fikirlər söylədi. Və mənə bildirdi ki, onun sənətinə mane olmayım. Zamanla başa düşdüm ki, o nə demək istəyirmiş.

Hərdən zarafatla Brillianta deyirəm ki, mən səndən yaxşı oxuyuram, amma ürəyimdə... (Gülür). O da mənə deyir ki, ürəyində hamı yaxşı ifa edə bilər, amma əsl həqiqət oxuyanda bilinir.

- Ədalət müəllim, nümunəvi ailəniz və oğlunuz var. Sənətdə bu, bir az çətindir. Bu yolda fədəkar tərəf Brilliant Dadaşovadır?

- Ailənin möhkəmliyi daha çox qadının üzərinə düşür. Brilliant xaraktercə ailə sevən insandır. Həm də oğlumuz Cahad ailəmizi daha da bir-birinə bağlayır. Hərdən mənə elə gəlir ki, mən və Brilliant eyni adamıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see133

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see128

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see124

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see122

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see117

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see116

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see115

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see115

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see115

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see114

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see113

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri