Bütün tennis dünyası “Australian Open”də in əməkdaşı Melburndan yazır
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Australian Open" növbəti dəfə dünyanın ən güclü tennisçilərini Melbourne Park kortlarında bir araya gətirib.
İdman.Biz-in məlumatına görə, turnir ənənəvi olaraq təkcə tennis azarkeşləri arasında deyil, avstraliyalılar arasında da böyük maraqla qarşılanır - yerli azarkeşlər təxminən üç həftə davam edən yarışlar ərzində həmvətənlərini xüsusi coşqu ilə dəstəkləyirlər.
Melburn haqlı olaraq Avstraliyanın idman paytaxtı hesab olunur. Turnir tez-tez “Happy Slam” adlandırılır və Böyük Dəbilqə yarışları arasında ən çox tamaşaçı toplayan turnir sayılır. Ötən il Melbourne Park-ı təxminən 1,2 milyon tamaşaçı ziyarət edib.
Bu günlərdə kortlarda seçmə mərhələnin oyunları keçirilir və bu mərhələ 15 yanvarda başa çatacaq. Seçmə mərhələdə dünya reytinqinin ilk 100-lüyünə daxil olmayan və wild card əldə etməyən tennisçilər mübarizə aparırlar. Əsas mərhələyə yüksəlmək üçün üç qələbə qazanmaq tələb olunur - kişilər və qadınlar arasında təkbətək yarışlarda ümumilikdə 16 yer uğrunda mübarizə gedir.
"Australian Open" 2026-nın rəsmi püşkatma mərasimi cümə axşamı, 15 yanvar tarixində, seçmə mərhələnin oyunları hələ başa çatmamış keçiriləcək. Tədbiri tanınmış avstraliyalı tennisçilər Yelena Dokiç və Todd Vudbric aparacaqlar.
Wild card dəvətnamələrinə gəlincə, onlar artıq paylanıb. Kişilər arasında əsas mərhələyə son üç wild card-ı Cordan Tompson, Kristofer O’Konnell və Böyük Dəbilqə turnirlərinin üçqat çempionu Sten Vavrinka əldə ediblər.
Bu il turnirin mükafat fondu 16 faiz artırılıb. Təkbətək yarışların qalibləri hər biri 4,15 milyon dollar qazanacaq.
Favoritlərdən danışsaq, dünya reytinqinin birincisi Arina Sobolenko ötən il finalda Medison Kizlə məğlubiyyətdən sonra Melburna qayıdır. Belaruslu tennisçi turnirə əla formada gəlir o, bu yaxınlarda Brisbane International turnirinin qalibi olub və "Australian Open"də üçüncü titulunu qazanmağı hədəfləyir.
Digər favoritlər sırasında Sobolenkonu “Roland Garros”da məğlub etmiş Koko Qauff, dünya reytinqində ikinci pillədə qərarlaşan və hazırkı Uimbldon çempionu İqa Şvyontek, eləcə də Uimbldonun finalçısı və ötən mövsümün əsas matçlarının iştirakçısı Amanda Anisimova yer alır.
Kişilər arasında isə ilin əsas qarşıdurması Karlos Alkaras və Yannik Sinner arasında davam edəcək. 2025-ci ildə Sinner "Australian Open" və "Uimbldon"u qazanıb, Alkaras isə “Roland Garros” və "US Open" turnirlərinin çempionu olub.
Turnirdə, həmçinin, yaxın vaxtlarda Adelaide International-da iştirakdan imtina etməsinə baxmayaraq, Novak Cokoviç də mübarizə aparacaq. Hesabında 10 "Australian Open" titulu olan serbiyalı tennisçi Melburndakı turnirə hazırlığa tam diqqət ayırdığını bildirib.
Avstraliyalı azarkeşlər dünya reytinqində yeddinci pillədə qərarlaşan Aleks de Minauru xüsusi maraqla izləyəcəklər. Bununla yanaşı, Nik Kirios rəsmi şəkildə təkbətək yarışlarda çıxış etməyəcəyini təsdiqləyib.
Bir sözlə, "Australian Open" sürət yığır və yaxın günlərdə Melburn kortlarına dünyanın ən güclü tennisçiləri çıxacaq.
Zəki Feyzullayev
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















