Icma.az
close
up
RU
Aydın Talıbovun “Araz” və “OBA” marketləri cərimələndi, vəzifəli şəxs məsuliyyətə cəlb olundu

Aydın Talıbovun “Araz” və “OBA” marketləri cərimələndi, vəzifəli şəxs məsuliyyətə cəlb olundu

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk dörd ayı ərzində aparılmış yoxlamalar göstərir ki, bəzi iri market şəbəkələri istehlakçı hüquqlarını pozmaqda davam edir.

AzPost xəbər verir ki, istehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən tərtib olunan protokollara əsasən, “Araz Supermarket” MMC və “OBA Market” MMC dəfələrlə qanun pozuntusuna yol verib.

“Araz Supermarket” MMC haqqında üç dəfə inzibati xəta protokolu tərtib olunub. Hər üç halda marketin qida məhsullarını üzərində göstərilən qiymətdən daha baha satdığı müəyyən edilib. Müvafiq pozuntular 13 fevral, 23 aprel və 28 aprel 2025-ci il tarixlərində qeydə alınıb.

Benzər hal “OBA Market” MMC-də də müşahidə edilib. 14 aprel 2025-ci ildə bu marketdə də məhsulun kassada daha yüksək qiymətlə keçdiyi təsdiqlənib. Hər iki şəbəkəyə qarşı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin birinci bəndinə və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən tədbirlər görülüb.

Qanuna əsasən, məhsulun kassadakı qiymətinin üzərindəki qiymətdən fərqli olması – az miqdarda da olsa – istehlakçının aldadılması kimi qiymətləndirilir və bu, inzibati məsuliyyət yaradır. Belə halların təkrarlanması isə müəssisənin etibarını ciddi şəkildə zədələyir.

Ekspertlər hesab edirlər ki, marketlərdə tez-tez rast gəlinən bu cür qiymət uyğunsuzluqları təsadüf deyil və sistemli nəzarətsizliyin nəticəsidir. Dövlət qurumları tərəfindən aşkarlanan pozuntular istehlak bazarında daha güclü və davamlı nəzarətin vacibliyini ortaya qoyur.

İstehlakçılar isə diqqətli olmağa çağırılır – kassada ödənilən məbləğ məhsulun etiketində yazılan qiymətlə üst-üstə düşmədikdə, hüquqi şikayət hüququ mövcuddur.

Bundan əlavə, Şirvan şəhərində fəaliyyət göstərən “OBA” marketdə daha ciddi qanun pozuntusu qeydə alınıb. Şirvan şəhər prokurorunun qəbul etdiyi qərara əsasən, saxlama müddəti ötmüş malın satışına görə marketin vəzifəli şəxsi Hüseynova Günay Novruz qızı məsuliyyətə cəlb olunub. Agentliyin 11 mart 2025-ci il tarixli qərarına əsasən, ona qarşı inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilib. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə qiymətləndirilib.

Qeyd edək ki, “OBA Market” və “Araz Supermarket” MMC Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdəndir. Şirkətlər qrupunun təsisçi və baş icraçı direktoru isə Aydın Talıbovdur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 İyun 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri