Xətai sakinləri dörd gündür istiliksiz qalıb Azəristiliktəchizat dan şikayət
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xətai rayonu, Babək prospekti, bina 8-in (19 mərtəbəli bina) sakinləri artıq dörd gündür ki, istiliklə təmin olunmur.
Bu barədə Bakıvaxtı.az-a bina sakinlərinin etdikləri şikayətdə bildirilir.
Şikayətçilərin sözlərinə görə, “Azəristilik Təchizat” ASC bir qrup abonentin borcunu əsas gətirərək bütün binanın istilik təminatını dayandırıb. Qışın sərt günlərində bu qərarın yüzlərlə sakini, o cümlədən körpələri, yaşlıları və xəstələri ciddi risk altında qoyduğu qeyd olunur:
“Borcunu vaxtında ödəyən sakinlərin də istiliksiz qalması qanunvericiliyə və istehlakçı hüquqlarına ziddir. Borclularla fərdi qaydada, hüquqi müstəvidə işləmək əvəzinə bütün binaya kollektiv cəza tətbiq edilməsi yolverilməzdir”.
Məlumata görə, sözügedən binada qaz təchizatı da yoxdur və bu da vəziyyəti daha da ağırlaşdırır. Sakinlər istiliyin dərhal bərpa olunmasını və bu praktikanın dayandırılmasını tələb edirlər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















