Icma.az
close
up
RU
Ayətullah Amulinin qulağıma dediyi o sirli söz nə idi, İsrail nə edib?

Ayətullah Amulinin qulağıma dediyi o sirli söz nə idi, İsrail nə edib?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Elçin Aslangil yazır...

Odumuz, suyumuz özümüzdən, özgəsindən tüstü umduğumuz varmı?

Əskimiz tüstülüdür, billah! Bizim əsgilərimizin gözləri barıt tüstüsünə az boğulmayıb, ağayi Xamenei! Hamam böcəyinə bənzətdiyiniz millətdən umduğunuz nədir indi? Yenicə özgürlüyünə qovuşmuş Azərbaycanın səmalarında hərbi təyyarələriniz cirit atmadımı? Böhtan və yalan maşınını işə salmaqla nə etmək istəyirsiniz?

Həddi hüdudlarını aşa bilməyən molla rejimi min kilometr uzaqdan müstəqilliyimizə dil uzadır. Bu boyda da dil olar? Biz həmən o "diliniz"dən agah olduq cəmi on gün əvvəl. "Amerika"nı yerlə-yeksan edəcəkdiniz və hərb tarixində misli-bərabəri görülməmiş rüsvayçılığa imza atdınız. Raket atmamışdan qabaq mesaj atırsınız ki, "hazır olun, vuracağıq" - Bərəkallah, dilə bax eee!

Mənim İranın həlləm-qəlləm "S(z)əhər TV"sinə bir neçə sualım var:

- Tehranı Baku TV, ya Lent.az vurub?

- Ağayi Xameneini bunkerə Baku TV və ya Lent.az salmışdı?

- Biz nə mənə günah iş görmüşük ki, iki həftədir "xamuş" (səssiz) olmaq bilmirsiniz?

Vallahi də, billahi də, dedi-qoduya qalsa, deyirlər ki, "Molla rejimi İsrailin kuklasıdır. Molla rejimini İsrail və ABŞ ona görə İranda varid edib ki, İsrail İranı özünə düşmən göstərib, həmişə güclü qalsın". And olsun Xameneinin cəddinə, bunu mən demirəm. Bir ağı məclisində, gizlincə Amuli əyilib, pıçıldamışdı qulağıma. Bunu eşidəndə, nə yalan deyim, bir anlıq gülümsəmişdim. Çünki biz bilməmiş deyilik ki, siz "düşmən" dediyinizin cibindən çıxırsınız.

Bir vaxtlar "biz bir ümmətik" deyib könül alanlar, bu gün təhdid ilə "qonşuluq" anlayışını çeynəyirlər. "İslam qardaşlığı" dediyiniz təkcə sizə xidmət etdiyi müddətcə sizə şirindir, eləmi?

Bilmirsinizsə, bilin: Azərbaycan qardaşlığı, dostluğu əlinin içi kimi bilir, amma bəzi şeyləri də unutmur. Bu xalqın hafizəsi güclüdür - Şuşanı unutmayan millət sizin Təbrizdə, Urmiyada, Zəncanda tökdüyünüz qanı da unutmaz. Tehranda ermənilərə "Arsax"ın əski parçasını açdırmağınızı da unutmamışıq.

Bilirik, içinizdəki kin nə Qarabağla başladı, nə də Xudafərinlə bitəcək. Sizi yandıran, Azərbaycan türklərinin artıq başını dik tutmasıdır. Sizi yandıran, bizə "əziz qardaş" deyib, sonra kürəyimizə sancdığınız xəncərin artıq sınmasıdır. "Zəhər TV" kanalı ilə, mollaxana minbərlərindən yağdırdığınız qarayaxma heç bir şeyi dəyişməyəcək - çünki Azərbaycan artıq qaranlıqda yön axtaran ölkə deyil, yol göstərən bir işıqdır.

Haşa ki, bu arx çox su apara - sel olub Bəz qalasından enərik və o zaman şüarlar yox, şüurlar öz işini görmüş olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri