Aygün Kazımova “Etiraf” layihəsinə 100 min manat xərəcləyib VİDEO
Icma.az bildirir, Shownews portalına istinadən.
Xalq artisti Aygün Kazımovanın həyatından bəhs edən "Etiraf" əsərinə xərclədiyi məbləğ ortaya çıxıb.
Pop kraliça klipin ərsəyə gəlməsinə 100 min manatdan çox ödəyib. Bu haqda aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.
O bildirib ki, Kazımova klipə böyük vəsait xərcləyib.
"Neçə ildir bu layihə üzərində çalışıram. Dörd ildir bu orkestrin növbəsinə yazılmışdım. Düşündüm ki, hamı deyəcək nə gözəl klip, layihə. Amma insanların ağlaya-ağlaya mesaj yazacağını gözləmirdim. Ad günümdə təbriklərin 80 faizi göz yaşı ilə oldu. Hamı məni bu mahnının təsiri altında təbrik edirdi. 4 ssenari dəyişdi, sonda qərar verdik ki, bu olacaq" deyə, A.Kazımova bildirib.
Qeyd edək ki, Pop kraliça "Etiraf"da 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. A.Kazımova bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Mart 2025 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















