Azərbaycan AYİB də səhm payını qorumaq üçün əlavə vəsait ayırıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) səhm payını qorumaq üçün əlavə maliyyə öhdəliyi götürüb.
“APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda qeyd olunub.
Hesabata əsasən, Azərbaycan 1992-ci ildən üzv olduğu AYİB-də 3001 səhm ilə 0,1% paya malikdir.
AYİB-in Müdirlər Şurasının qərarına uyğun olaraq Bankın ödənilən kapitalının 4 mlrd. avro artırılması çərçivəsində yeni səhmlər buraxılıb və üzv ölkələrə mövcud paylarına uyğun olaraq əlavə səhmlərə abunə olmaq təklif edilib.
Azərbaycanın AYİB-də mövcud 0,1%-lik səhm payını qoruyub saxlaması üçün 403 səhmə abunə olması nəzərdə tutulub. Bunun üçün ümumilikdə 4,03 mln. avro vəsait ayrılıb.
Bununla bağlı “Avropa Yenidənqurma və İnkişaf Bankının Abunəlik, Təmsilçilik və Öhdəlik Sənədi” 2025-ci il dekabrın 30-da imzalanaraq AYİB-ə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Mart 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















