Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Ayın bəxtinə bir bax...

Ayın bəxtinə bir bax...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Noyabrdakı çoxsaylı əlamətdar günlər sırasına COP29 da yazıldı

Nədənsə bu məzmunlu yazıları qələmə alanda həmişə gözəl şairimiz Vaqif Səmədoğlunun “Günün bəxti” şeiri yadıma düşür: “Günün bəxtinə bir bax – düz iyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra isə tarixdə 45-ci ilin doqquz mayı kimi qalasan”. Yəni şairin fikrincə, günün də bəxti olur. Əgər elədirsə, deməli, ayın da bəxti olur. Elə olmasaydı, müasir tariximizin noyabr səhifələrinə onlarca əlamətdar gün yazılmazdı. Noyabr təkcə Konstitusiya, Dövlət Bayrağı, YAP-ın yaradılması, Milli dirçəliş və Zəfər günləri ilə yekunlaşmır. O sıraya builki noyabrda möhtəşəm COP29 uğuru da yazıldı.

Əslində, bu sətirləri qələmə almaq istəyi məndə bu il noyabrın 5-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim ediləndə yaranmışdı. O zaman yadıma düşmüşdü ki, müasir Azərbaycanın əlamətdar günlərinin də, liderimizin, xalqımızın və dövlətimizin uğurlarının əksəri də noyabr ayının qismətinə düşüb.

Qərəz, indi həmin tarixi faktların bir neçəsini yada salaq.

Hələ ötən əsrin əvvəllərində...

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb.

Xalq Cümhuriyyətinin yadigarı

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağmız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edilib.

Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

Dövlət Bayrağı Günü

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ( diqqət yetirin, noyabr iki dəfə təkrar olunur) ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı meydanının təntənəli açılış mərasimində çıxış edən dövlət başçımız demişdi ki, bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Cənab Prezidentin həmin günü necə yaxınlaşdırdığı da, ona necə nail olduğu da bütün dünyanın gözü qabağındadır.

Müstəqil dövlətimizin ilk Əsas Qanunu

Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Əsas Qanunumuz həmin il noyabrın 27-də qüvvəyə minmişdir.

Yeni uğurlara doğru yeni parlamentlə

Biz müstəqilliyin ilk illərində dövləti və xalqı köhnə – Sovet dönəmindən qalmış qanunlarla idarə etmək məcburiyyətində idik. Ona görə də bəzi dövlətlər bizimlə əməkdaşlıq zamanı tərəddüd edirdilər. Ulu öndər Heydər Əliyev həmin tərəddüdlərə 1995-ci il noyabrın 12-də keçirilən müstəqillik dövrümüzün ilk parlament seçkiləri ilə son qoydu.

Xatırladaq ki, ilk parlament seçkimizin seçici siyahılarına daxil edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si, başqa sözlə 86,05 faizi seçkilərdə iştirak etmişdir. Səsvermənin tam ədalətli şəkildə başa çatdırılması məqsədilə bir neçə addım atılmalı olmuşdur. Belə ki, noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət, fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırılmışdı. Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi.

“Şuşa, sən azadsan!”

2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək böyük sevinc hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın dünyanın ən mənfur təcavüzkarı olan terrorçu Ermənistan ordusunun işğalından azad olunması müjdəsini verdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Həmin tarixi fakt sübut etdi ki, xalqımız öz liderinin rəhbərliyi ilə yeni tarix yazır, yeni reallıqlar diktə edir : “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən ulu öndər Heydər Əliyevin həmin arzusunu cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan!” – deyərək, hər birimizə sevinc bəxş etdi.

Zəfər Günü

Həmin gün haqqında olan rəsmi məlumatlarda oxuyuruq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün çəkən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Düşmənin ağ bayrağı və təslim aktı

Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsindəki dünyanı heyrətləndirən qələbəsi işğalçı ölkəni kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Bu sənədi imzalayan üç dövlətdən birinin paytaxtı – Moskva döyüşlər gedən ərazidən xeyli uzaqda olduğuna, yəni saat fərqinə görə Azərbaycanın Zəfəri Günü həm noyabrın 9-na, həm də 10-na təsadüf edir.

Müasir tarixə Qarabağ atəşkəs bəyanatı kimi düşən (rəsmi adı isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı olan) üçtərəfli sənəd Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi olaraq Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.

COP29 – müstəqillik dövrümüzün möhtəşəm uğuru

Sadaladığımız bu faktların hamısı bizim üçün dəyərlidir. Ancaq bu il noyabrın 11-dən 23-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – (COP29) həmin əlamətdar günlərimizi qat-qat zənginləşdirdi.

BMT rəsmilərinin fikrincə, Bakı sessiyasında böyük uğurlara imza atıldığına görə əvvəlki anoloji tədbirlərdən çox fərqləndi: “Ona görə də Bakının təcrübəsi sonrakı sesiyalarda da həımkarlarımızın köməyinə çata bilər”. Həmin beynəlxalq tədbirin yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun göstəricisidir.

Nəticədə, Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olunub, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilib, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırılıb, Bakı Adaptasiya Yol Xəritəsi yaradılıb, tərəflər iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsinə çatıblar. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edilib. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.

... Bu faktlar müstəqilik tariximizin Noyabr salnamələrindəki “noyabr inciləri”nin bir hissəsidir. Ümidvarıq ki, növbəti illərin noyabrları da tarixi faktlar və əlamətdar günlərlə zəngin olacaqdır.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri