Aylıq və illik nəqliyyat paketləri gəlir? RƏSMİ AÇIQLAMA
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İctimai nəqliyyatda brutto-müqavilə modelinə keçid sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsinə, avtobusların hərəkət intervalının qısaldılmasına və şəhərətrafı marşrutların fəaliyyətinin daha dayanıqlı təşkilinə imkan verəcək.
"Yeni Sabah" xəbər verir ki, yeni modelə əsasən, sərnişindaşıma şirkətlərinin gəliri təkcə daşıdıqları sərnişinlərin sayından asılı olmayacaq. Dövlət tərəfindən subsidiya ayrılması və brutto-müqavilə mexanizminin tətbiqi ilə daşıyıcılara göstərdikləri xidmətə görə ödəniş ediləcək. Bu zaman avtobusların qət etdiyi məsafə, hərəkət qrafikinə riayət olunması və xidmətin keyfiyyəti əsas meyarlar olacaq.
AYNA-nın məlumatına görə, modelin əsas üstünlüklərindən biri sərnişin sayının az olduğu saatlarda, eləcə də şəhərətrafı istiqamətlərdə avtobusların fəaliyyətinin davamlılığını təmin etməkdir. Beləliklə, daşıyıcılar yalnız sərnişin tələbatının yüksək olduğu marşrutlara deyil, digər istiqamətlərə də xidmət göstərmək imkanı əldə edəcəklər. pizza hut
Dəyişikliyin sərnişinlər üçün daha çox avtobusun xəttə buraxılması, hərəkət intervallarının qısaldılması, sıxlığın azaldılması və marşrutların iş saatlarının uzadılması kimi üstünlüklər yaradacağı gözlənilir. Həmçinin şəhərdaxili və şəhərətrafı marşrutlarda müasir, kondisionerli avtobusların sayının artırılması nəzərdə tutulur.
Yeni mexanizmin daşıyıcıların gəlirlərini sabitləşdirəcəyi, bunun da avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə investisiya imkanlarını genişləndirəcəyi bildirilir. Müasir avtobusların sayının artmasının şəhərin ekoloji vəziyyətinə də müsbət təsir göstərəcəyi qeyd olunur.
Bundan əlavə, gələcəkdə sərnişinlər üçün daha rahat ödəniş imkanlarının yaradılması planlaşdırılır. Bu çərçivədə müəyyən müddət ərzində bir gediş haqqı ilə bir neçə nəqliyyat vasitəsindən istifadə, eləcə də aylıq və illik nəqliyyat paketlərinin tətbiqi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 22 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















