BAKIDA BU ƏRAZİDƏ BİNALAR SÖKÜLƏCƏK Kompensasiyaya dair açıqlama + VİDEO
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Qars küçəsinin hər iki tərəfində yol kənarındakı obyektlərə bir neçə gün əvvəl nömrələr vurulub.
“AzPolitika” xəbər verir ki, söhbət Binəqədi rayonu, 7-ci mikrorayonda, keçmiş Abay Kunanbayev küçəsində yerləşən qeyri-yaşayış sahələrindən gedir.
Obyektlərin nömrələnməsi ərazidə söküntünün aparılacağına dair suallar yaradıb.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir. Layihə yaşayış komplekslərindən birini Bakı-Qars küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisindən ibarətdir.
Agentliyin məlumatına görə, təsdiqlənən layihə əsasında yol üçün ayrılan zolağın sərhədləri müəyyənləşdirilir. Həmin zolağa düşən hər obyektə ayrıca inventar nömrəsi verilir. Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür. Kadastr və qiymətləndirmə məlumatları həmin nömrə ilə obyektə bağlanır. Əmlakın alınması, kompensasiya və söküntü ilə bağlı məsələlər isə sonrakı mərhələlərdə rəsmiləşdirilir.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Noyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















