AYNA informasiya sistemlərini yeniləyir: Milyonlar xərclənəcək
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstək xidmətlərinin göstərilməsi ilə bağlı açıq tender elan edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 13 milyon 829 min manat təşkil edir.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində agentliyin mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi və texniki dəstəyinin təmin edilməsi nəzərdə tutulur.
Texniki dəstək göstəriləcək sistemlər arasında "Fərqlənmə nişanı" altsistemi, "Taxoqraf" altsistemi, iriqabaritli və/və ya ağırçəkili nəqliyyat vasitələrinə icazələrin verilməsi, "İş axınının idarəolunması altsistemi" - BPMS altsistemi, elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması, "e-Daşıyıcılar" altsistemi yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 11 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















