Icma.az
close
up
RU
AYNA nın əməkdaşları əllərinə boya alıb şəhərimizin canına düşüblər Sədr

AYNA nın əməkdaşları əllərinə boya alıb şəhərimizin canına düşüblər Sədr

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bəzi qurumlar “demokratiya”, “iqtisadi rahatlıq” adı altında radikal müxalifətin vurduğu ziyan qədər dövlətə zərər vururlar. Onların apardığı "maraqlı", dövlət büdcəsinə "xeyir verən” işlər nəticəsində vətəndanşlarda kifayət qədər narazı kütlə yaradır. Ancaq bəzi qurumlar tərfindən atılan bu kimi addımlar dövlətin xeyrinə olsa belə, vətəndaş narazıdırsa, dövlətimiz həmin məsələlərə getmir". 
Bu sözləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin sədri, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru İsmayıl Ağayev deyib. 
Sədr bildirib ki, vətəndaşların daha çox şikayətçi olduğu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşları əllərinə boya alıb şəhərimizin canına düşüblər:
"Onlar küçələrdə zolaqlar çəkib, pul yığmaqla məşğuldurlar. Dünən şəhərin bir ərazisində AYNA-nın belində "parking" sözü yazılan çox sayda işçilərini gördüm. Elə bildim ki, böyük aksiya və s. var. Məlum oldu ki, həmin adamlar əllərində telefonla kütləvi formada vətəndaşların maşınlarını çəkirlər, maşından düşən kimi vətəndaşlara 40-50 manat cərimə gəlir. Orta aylıq əmək haqqı 400 manatdır. Ay ərzində əmək haqqının 200 manatını AYNA-ya verməklə vəziyyət hara gedir?".
İsmayıl Ağayevin sözlərinə görə, Bakı Şəhər İcra Bakimiyyəti, bələdiyyələr, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələyə müdaxilə etməlidir:
"AYNA-nın kimə və hansı quruma tabe olması məlum deyil. Hərə özünə bir təşkilat yaradır, tanışlıqla özünü harasa salıb və hesab edir ki, belə də olmalıdır. Veterana, qaziyə mərhəmət etmirlər. Cənab Prezidentimiz çox doğru deyib ki, bizim öz xəttimiz, siyasətəmiz var. Hər şey qanunla tənzimlənməlidir. Vətəndaşların hüquqları pozulmamalıdır. Mənə dəfələrlə AYNA haqqında şikayətlər gəlir. Əgər mən bir təşkilat sədri olduğum halda AYNA-nın fəaliyyətindən bu qədər narazıyamsa, od püskürürəmsə, görün sıravi vətəndaşlar nələr çəkirlər? Camaat maşın sürə bilmir. Bu məsələlərə aydınlıq gətirilməli, vətəndaşın hüququ təmin olunmalıdır. Problem düzgün qaydada ictimailəşməlidir”. 
İsmayıl Ağayev qeyd edib ki, tikinti ilə məşğul olan bəzi oliqarxlaşmış məmurlar qanunsuz şəkildə vətəndaşların sərbəst hərəkətinə müdaxilə edirlər, yaşadıqları əraziləri zəbt edərək, onlara maneə yaradırlar:
“Bu sahədə şikayətlər o qədər çoxalıb ki, artıq ciddi narahatlıq yaradır. Cənab Prezidentimizin də dediyi kimi, məqsədlərimizin bir hissəsinə çatmışıq, bir hissəsi üçün isə mübarizə aparırıq. Ancaq bəzi yerli xırda məmurlar, iş adamları dövlətimizin gördüyü böyük işlərə kölgə salırlar".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri