Icma.az
close
up
RU
® Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun üçüncü sessiyasında iştirak edib

® Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun üçüncü sessiyasında iştirak edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda “Biz islahatlara hazırıq” şüarı ilə “Sərhəddə ticarət və idxal - ixrac proseslərinin asanlaşdırılması” mövzusuna həsr olunmuş Milli Biznesin İnkişafı Forumunun üçüncü xüsusi sessiyası keçirilib. Forum Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu çərçivəsində təşkil edilib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forumda 180-dən çox dövlət və özəl sektor nümayəndələri bir araya gələrək, sərhəd-keçid məntəqələrində və gömrük proseslərində şəffaflığın, rəqəmsallaşmanın və effektivliyin artırılması istiqamətində fikir mübadiləsi aparıblar. Forumun açılışında Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək iştirakçılara forum və onun məqsədi haqqında ətraflı məlumat təqdim edib. Daha sonra “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev iştirakçılara “Caspian Energy Club”ın fəaliyyəti və Milli Biznesin İnkişafı Forumu barədə ətraflı məlumat verib.

“Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığımız bu il də qarşılıqlı hörmət və açıq dialoq mühitində davam edir. Komitənin sədri cənab Şahin Bağırovun rəhbərliyi ilə həyata keçirilən islahatlar, xüsusilə rəqəmsallaşma və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, sahibkarların gündəlik fəaliyyətinə pozitiv təsir göstərir. Bu prosesi diqqətlə izləyirik, bu transformasiyanın daha da dərinləşməsi bizi sevindirir”, – deyə Telman Əliyev bildirib.

Onun sözlərinə görə, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu çərçivəsində son illərdə aparılan müzakirələr nəticə verir: “Bizim üçün sevindirici haldır ki, sahibkarların səsləndirdiyi bir sıra məsələlər qanunvericilikdə öz əksini tapıb, bəzi təkliflər isə hazırda müzakirə mərhələsindədir. Əməkdaşlıq formatı dəyişmir – açıq dialoq, qarşılıqlı anlayış və ümumi məqsəd: daha sadə, daha şəffaf və daha effektiv sərhəd prosedurları”, – deyə o əlavə edib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun açılış mərasimində iştirak edərək, iştirakçılara komitənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Panel müzakirələrində spiker qismində çıxış edən sədr sərhəd və gömrük proseslərinin sadələşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlərin tətbiqi, sahibkarlığın təşviqi, biznesin gömrük prosedurlarında qarşılaşdığı maneələrin aradan qaldırılması və idxal-ixrac əməliyyatlarının şəffaflaşdırılması ilə tətbiq edilən yeniliklər haqqında iştirakçılara ətraflı məlumat təqdim edib.

“Uzun illər ərzində Dövlət Gömrük Komitəsi və “Caspian Energy Club” arasında səmimi dostluq və möhkəm işgüzar əlaqələr formalaşıb. Bu münasibətlər komitə üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi bu münasibətləri yüksək dəyərləndirir və “Caspian Energy Club” üzvlərinin irəli sürdüyü təklif, sual və müraciətlərinə hər zaman böyük diqqətlə yanaşır. Dövlət Gömrük Komitəsi “Caspian Energy Club” tərəfindən təqdim edilən platformalarda şəffaf və açıq dialoq ənənəsini davam etdirməyə hər zaman hazırdır”, – deyə Şahin Bağırov bildirib və əlavə edib ki, komitə biznes strukturları ilə əməkdaşlığın optimallaşması məsələsinin müzakirəsinə daim açıqdır.

Panel müzakirələrin moderatorları qismində Telman Əliyev və “ASE Şirkətlər Qrupu”nun direktoru, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü Rəşad Abasov çıxış edərək iştirakçıların suallarını yönləndirib, müzakirəyə çıxarılan mövzu üzrə praktiki təcrübələri və aktual məsələləri diqqətə çatdırıblar. Sessiyanın sonunda iştirakçılar arasında açıq və interaktiv dialoq təşkil olunub. Sahibkarlar gömrük orqanlarının nümayəndələrinə mövcud çətinliklər, sərhəd keçid məntəqələrində üzləşdikləri inzibati maneələr və gömrük prosedurlarının daha da səmərəli təşkili üçün təkliflərini təqdim ediblər.

“Caspian Energy Club” haqqında qısa məlumat

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

“Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır. 2004-cü ildən fəaliyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.

“Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır. 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir. 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri