Icma.az
close
up
RU
“Trampın bu addımı siyasi mesajdır”

“Trampın bu addımı siyasi mesajdır”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsində ona qarşı mövqe tutan Avropa ölkələrinə 10 faiz gömrük rüsumu tətbiq etməsi Vaşinqtonun geosiyasi narazılığı ticarət alətləri ilə cəzalandırmaq xəttini açıq şəkildə nümayiş etdirir. Bu addım sırf iqtisadi qərar deyil, siyasi mesajdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

A.Nəsirov bildirib ki, tariflərin məhz Danimarka, Almaniya, Fransa, Böyük Britaniya və Skandinaviya ölkələrini əhatə etməsi təsadüfi deyil: “Söhbət ABŞ-nin Arktika və Qrenlandiya ilə bağlı ambisiyalarına etiraz edən və bu məsələdə kollektiv mövqe sərgiləməyə çalışan əsas Avropa oyunçularından gedir. Tramp administrasiyası bu rüsumlarla Avropaya açıq şəkildə göstərir ki, təhlükəsizlik məsələlərində ABŞ-yə qarşı çıxmağın iqtisadi nəticələri olacaq və bu nəticələr gecikmədən hiss etdiriləcək”.

Siyasi şərhçinin sözlərinə görə, gömrük rüsumlarının əsas məqsədi Avropa İttifaqını vahid mövqedən uzaqlaşdırmaq və ölkələri ayrı-ayrılıqda Vaşinqtonla razılaşmağa məcbur etməkdir: “ABŞ üçün bu tariflər danışıqlarda leverage rolunu oynayır və Avropanın ABŞ təhlükəsizlik çətirindən asılılığını daha da dərinləşdirir. Ukrayna müharibəsi fonunda ABŞ dəstəyini itirmək istəməyən Avropa paytaxtları isə sərt cavab verməkdə tərəddüd edir. Nəticədə, ticarət üzərindən qurulan bu təzyiq mexanizmi Trampın xarici siyasət üslubunun mahiyyətini açır. Güc və maraq ön plandadır, müttəfiqlik isə şərtidir. Avropa üçün risk isə ondan ibarətdir ki, bu güzəştlər müvəqqəti iqtisadi itkilərlə bitməyə bilər, uzunmüddətli siyasi asılılığı daha da dərinləşdirə bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri