Icma.az
close
up
RU
Aysel Mirzəyeva: Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün tədbirlər çox mühümdür

Aysel Mirzəyeva: Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün tədbirlər çox mühümdür

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün növbəti tədbir yaradıcılıq və özünüinkişaf məqsədi daşıyan “Nine Senses” incəsənət mərkəzində keçirilib. Tədbirin təşəbbüskarı tanınmış moda blogeri Aysel Mirzəyeva olub.

O, AZƏRTAC-a müsahibəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün tədbirlərin həmin azyaşlıların özləri üçün təşkil olunanlar qədər vacib olduğunu bildirib.

Həmsöhbətimiz qeyd edib: “Valideynlər xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı göstərirlər. Onlar normotipik uşaqlara nisbətən valideynlərinin sinir sistemlərindən daha çox asılıdırlar. Əgər valideyn yorğun, həddindən artıq gərgin, narahat, depressiyalı və ya əsəbidirsə, bu, xüsusi qayğıya ehtiyacı olan uşağın bir çox aspektinə - təhlükəsizlik hissi, aqressivlik və qıcıqlanmaya təsir göstərir. Bu, özünə qarşı aqressivliyə, habelə daha tez-tez və güclü qəzəbə səbəb ola bilər. Bu uşaqlar çox vaxt qeyri-verbal olduqları üçün özlərini ifadə etməkdə böyük çətinlik çəkirlər; sadəcə valideynlərinin əhvali-ruhiyyəsini təqlid edirlər. Narahat, əsəbi, laqeyd və yuxusuz olurlar ki, bu da onların inkişafına təsir göstərir. Hətta normotipik uşaq belə bir vəziyyətdə daha pis inkişaf edir, xüsusi qayğıya ehtiyacı olan uşaq isə daha da çox təsirlənir - onlar bacarıqlarının ən azı bir hissəsində geri qalmağa başlayırlar”.

O, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin normotipik həmyaşıdlarının valideynlərinə nisbətən dəfələrlə yüksək tükənmə səviyyələri yaşadıqlarını vurğulayıb.

“Onlar daim narahat vəziyyətdə olurlar. Uşaqlarının gecənin bir yarısı oyanmaları və gündüz yatmamaları səbəbindən özləri də demək olar ki, heç vaxt kifayət qədər yuxuya qala bilmirlər. Azyaşlılar tez-tez qışqırırlar və bu, valideynlərdə daimi gərginlik yaradır, onların istirahətinə mane olur. Bundan əlavə, bir çox xüsusi qayğıya ehtiyacı olan uşağın valideynləri sutka ərzində övladları ilə birlikdə olurlar; onları tərk edə bilmirlər, tez-tez işlərini buraxırlar və sosial dairələri daralır. Onlar, əsasən, xüsusi qayğıya ehtiyacı olan uşaqları ilə tək qalırlar. Bu, həmin valideynlərin sinir sistemini tamamilə məhv edir, çünki onların gedəcək yerləri və enerji toplamaq üçün dayanıqlı yolları yoxdur”, - deyə A. Mirzəyeva əlavə edib.

Onun sözlərinə görə, bu tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərində “panik ataklar”, stres və ya digər çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək etmək üçün nəfəsalma texnikalarını öyrənməyə imkan verir.

“Bu tədbirlər cəmi bir neçə saat davam etsə də, sinir sisteminin bərpasına şərait yaradır. Özümüzü bizim kimi digər analarla birlikdə təhlükəsiz bir mühitdə, tamamilə başa düşüldüyümüz bir məkanda tapırıq. Belə etibarlı və təhlükəsiz mühitdə analar enerji alır və özlərini təravətlənmiş hiss edərək ayrılırlar. Bu, onlara ailələrinə - tipik uşaqlarına, xüsusi qayğıya ehtiyacı olan uşaqlarına və atalarına yenilənmiş enerji ilə qayıtmağa kömək edir. Ana dincəlir və sakitləşirsə, bütün ailədə hüzur yaranır. Bu, tarazlığı və sağlam psixoloji mühiti qorumaq üçün çox vacibdir”, - deyə bloger vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri