Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Aytən Baxşiyeva: Bu müsabiqə Azərbaycan musiqi təhsili tarixində mühüm hadisə kimi yadda qalacaq

Aytən Baxşiyeva: Bu müsabiqə Azərbaycan musiqi təhsili tarixində mühüm hadisə kimi yadda qalacaq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

“Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” I Respublika müsabiqəsi Azərbaycan musiqi təhsili tarixində mühüm hadisə kimi yadda qalacaq. Müsabiqə həm Azərbaycan xalq musiqisinin dərin qatlarını, həm də dünya musiqi irsinin ən gözəl nümunələrini bir araya gətirməklə, gənc ifaçıların nəzəri və praktik biliklərini möhkəmləndirməyə töhfə verib.

Bunu AZƏRTAC-a açıqlamasında müsabiqənin məsul katibi, BMA-nın İxtisas Musiqi Məktəb-studiyasının elmi-metodiki işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva söyləyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi gənc musiqiçilərdə “Solfecio” fənninə marağı artırmaq, onların ifadəli oxu, üzündən oxuma, dirijorluq və vokal-intonasiya bacarıqlarını inkişaf etdirməkdir.

Müsabiqənin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunduğunu diqqətə çatdıran Aytən Baxşiyeva deyib: “Layihə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və onun İxtisas Musiqi Məktəb-studiyasının təşəbbüsü ilə həyata keçirilib. Müsabiqə gənclərdə musiqi savadının artırılması, milli musiqi dəyərlərinin qorunması və təbliği baxımından çox önəmlidir. Solmizasiya səslərin müəyyən ardıcıllıqla “do-re-mi-fa-sol-lya-si” hecaları vasitəsilə oxunması metodudur. Bu üsul musiqi qulağının, intonasiya dəqiqliyinin, ritm və melodik yaddaşın inkişafı üçün əsas alətdir. Sözün kökü iki not “sol” və “mi” səslərindən yaranıb. Solfecio isə solmizasiya prinsiplərinə əsaslanan nəzəri-praktik fəndir.

Bu fənn musiqi əsərlərinin strukturunu anlamağa, not yazısını oxumağa və səsləri düzgün ifa etməyə imkan yaradır. Solfecio öyrənən şəxs notları həm oxuya, həm də onları səslə və ya alətlə ifadə edə bilir. Həmin proses isə musiqi təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Solmizasiya üzrə tətbiq olunan yeni metodik yanaşmalar öz nəticəsini verir. Belə layihələr gənc musiqiçilərin yaradıcılıq potensialını üzə çıxarır, onların peşəkar inkişafına təkan verir və musiqi mədəniyyətimizin gələcək inkişafına xidmət edir. Müsabiqə yüksək səviyyədə təşkil olunub, iştirakçılar böyük həvəs və məsuliyyətlə çıxış ediblər”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru müsabiqənin dörd yaş qrupu üzrə təşkil olunduğunu vurğulayıb. Azərbaycanın müxtəlif regionlarından iştirak edən gənc musiqiçilər nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib. “Müsabiqədə Bakı, Ağdaş, Biləsuvar, Neftçala, Saatlı, Şirvan musiqi və incəsənət məktəb şagirdləri ilə yanaşı Azərbaycan Milli Konservatoriya və Bakı Musiqi Akademiyasının tələbələri də iştirak ediblər. Münsiflər heyətinin çıxışların səviyyəsi, həmçinin nümayiş etdirilən bilik və bacarıqlar əsasında verdiyi qiymətləndirməyə əsasən final mərhələsinə vəsiqə qazanan iştirakçılardan 19 nəfər laureat adına layiq görülüb. Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, təntənəli bağlanış mərasimi keçirilib”, - deyə A.Baxşiyeva əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri