Icma.az
close
up
RU
Ayvazovskinin büstü üstə bir neçə söz Əkbər Qoşalı yazır

Ayvazovskinin büstü üstə bir neçə söz Əkbər Qoşalı yazır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xankəndi bu gün həm coğrafi, həm də mədəni və hüquqi bir yüklə gündəmdədir. Şəhərdə 4 il öncə qanunsuz şəkildə ucaldılmış - daha doğrusu, yerləşdirilmiş və bu günlərdə aradan qaldırılmış Ayvazovski büstü ətrafında yaranmış səs-küy – Kreml yemlikli mədəniyyət və siyasət dairələrinin isterik reaksiyası – bizə bir daha göstərdi ki, bəzi “büst”lər imperiya zehniyyətinin bərkimiş simvoludur. 
Sual doğur: Ayvazovski kimdir, büstü Xankəndidə nə “gəzir” və bu “sənət hadisəsi” niyə məhz siyasi iddiaların təməl daşına çevrilib?

Ayvazovski (Иван Константинович Айвазовский/ İvan Konstantinoviç Ayvazovskiy; Հովհաննես Այվազովսկի/ Hovhannes Ayvazovski; 29.07.1817 - 02.05.1900) haqqında mübahisə çoxdur. Kimisi onu erməni, kimisi rus, kimisi türk qarışımı sayır; lakin bir həqiqət dəyişməzdir: o, heç vaxt Ermənistan adlanan bir dövlətin və ya onun mədəni mühitinin məhsulu olmamışdır. Tarixdə erməni dövləti olubmu, hələ bir dənizlə təması da olsun? – Ayvazovskinin dəniz mənzərələri, fırtınalı üfüqləri və gəmi təlatümləri onun 
təkcə fırçasının yox, irsi yaddaşında (Osmanlı) və içində yaşadığı (Çar Rusiyası) imperiyaların ziddiyyətli harmoniyasının əksidir.
Bu baxımdan Ayvazovski heç vaxt “erməni rəssamlıq mühiti”min övladı olmayıb. Onun sənətindəki lirizm rus rəssamlıq məktəbinə, kompozisiyası isə Osmanlı vizual təsəvvürlərinə söykənir. O, erməni mədəni sınırlarının yox, imperiya qatlarının övladıdır.

İndi, Ayvazovskinin doğulduğu, öldüyü Krımın Feodosya (Kefe) şəhərindən bizim Xankəndiyə gələk. 

2020-ci ilin 10 noyabrında imzalanmış bəlli Üçtərəfli Bəyanatda nə büstlərdən, abidələrdən, nə də, üçüncü tərəfin - Rusiya Federasiyasının özbaşına edəcəyi “mədəni təşəbbüslər”dən danışılır. Sülhməramlıların funksiyası – yalnız və yalnız təhlükəsizlik təminatıdır – dünyanın dörd tərəfində belədir. Uluslararası hüququn heç bir normativ aktı, konvensiyası və ya gələnəyi, hərbi kontingentin keçici olaraq yerləşdiyi “münaqişə ərazisi”ndə hansısa abidə ucaltmaq haqqını tanımır.

Büstün Xankəndiyə qoyulması – özü də ordu müşayiəti ilə – sıradan “humanitar jest” sayıla bilməz. Bu, bir dövlətin qayda-qanunlarını saymadan onun ərazisində kulturoloji iz buraxmaq cəhdidir. Bu – mədəniyyət vasitəsilə geopolitik şərt irəli sürmə cəhdidir. Büst burada sadəcə büst olmaqdan çıxmışdı – o, yerli-dövlət atributlarını simvolik olaraq əvəzləməyə çalışan ideoloji simvoluydu...

Sülhməramlı adlandırılan, əslində selhməramsızlar bizim suverenlik hüququmuzu görməzdəngəlirdi. Bu, büst-büst, heykəl-heykəl uzanıb-gedən sorumsuzca davranışıydı.

Hər hansı bir dövlətin suveren hüququ təkcə sınırlarını qorumaqdan ibarət deyil, əlbəttə; bu hüquq həm də həmin sınırlar içindəki mədəni mənzərəni formalaşdırmaqdır. Azərbaycanın Şuşada, Xankəndidə, Xocalıda hansı abidəni saxlayacağına, qanunsuz və qondarma abidələri nə vaxt və necə aradan qaldıracağına yalnız Azərbaycan qərar verə bilər. Və bu qərar – həm hüquqi, həm siyasi, həm də mədəni-mənəvi sorumluluğun təntənəsidir.

Özünə, uluslararası hüquqa sayğı duyan heç bir dövlət  başqa dövlətə – bizim örnəkdə Rusiya Azərbaycana mədəniiyyət siyasəti, siyasət mədəniyyəti və s. mövzusunda göstəriş verə bilməz. Əgər Rusiyada Stalin və b.-nın abidəsi sökülə bilirsə, Leninin heykəlləri yığışdırılırsa, nə üçün Azərbaycan öz ərazisində öz qərarını verə bilməz? Abidələrdən də suverenlik doğur – çünki abidə yaddaşdır, simvoldur, mənsubiyyətdir.

Ayvazovski sənətinin zəbtə çevrilməsinə – etikadan estetikaya, oradan hegemoniyaya keçidinə izn verəsi deyilik.
Ayvazovskinin Xankəndiyə “gətirilməsi” – onun Qaradənizsayağı, Krımsayağı fırçalarını – Xəzərsayağı, Qafqazsayağı tonlamaq deyildi. – Bu, bir estetik vasitə ilə hüquqi məkana girmə cəhdi idi. Bu, əslində “kulturoloji zəbt” aktıydı. Əgər bir abidə xalqın deyil, hərbi kontingentin qoyumunda və qorumasında yaşamalıydısa, bu, sənət deyil, ssenaridir... Sənətkarın adına yazılmış ssenari isə sənətə qarşı sayğısızlıqdır.

Uzun sözün qısası,
büstlərə bürünən imperiya kölgələri bir an öncə çəkilib getməlidir.
Bəli, Azərbaycanın sənətə qarşı yox, sənətdən – mövcud örnəkdə Ayvazovskidən sui-istifadəyə qarşı apaydın mövqeyi var. Büstün götürülməsi – nə bir rəssama, rəssamlığa, nə ümumən sənətə, mədəniyyətə qarşı yox, büstün qoyuluş kontekstinə qarşı tam hüquq əsaslı addımdır.

Azərbaycanın qərarı – hansı büstün, hansı heykəlin, hansı estetik simvolun bizim ərazidə qalacağına qərar vermək hüququ – müstəqil dövlətçiliyin estetik ifadəsidir. Bu qərarı sual edənlər isə büstlərin arxasında gizlənən zehniyyətin (daha doğrusu, zehniyyətsizliyin) daşıyıcılarıdır.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri