Icma.az
close
up
RU
Ayvazyanın “strateji üçbucaq” xülyası

Ayvazyanın “strateji üçbucaq” xülyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sabiq XİN başçısı köhnə düşüncənin yeni təmsilçisidir

Ermənistan hakimiyyətinin yürütdüyü siyasətə qarşı tənqidlərin miqyası son illərdə genişlənib və bu proses artıq yalnız ənənəvi müxalifətlə məhdudlaşmır. Maraqlıdır ki, vaxtilə Nikol Paşinyanın komandasında təmsil olunmuş, onun yüksək vəzifələrə irəli çəkdiyi bəzi fiqurlar da hazırda fərqli mövqe sərgiləyirlər. Bir zamanlar “məxməri inqilab”ın simaları kimi təqdim edilən bu şəxslər hazırkı siyasi kursu açıq şəkildə sual altına alırlar.

Sabiq müdafiə naziri, “yeni müharibə – yeni ərazilər doktrinası”nın müəllifi David Tonoyan, sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan, milli təhlükəsizlik xidmətinin eks-direktoru Artur Vanetsyan kimi şəxslər müxtəlif dövrlərdə hökumətin siyasətinə tənqidi yanaşmaları ilə gündəmə gəliblər. Bu kontekstdə diqqət çəkən fiqurlardan biri də qısa müddətdə – 2020-ci il noyabrın 18-dən 2021-ci il mayın 27-dək xarici işlər naziri olmuş Ara Ayvazyandır. O, vaxtaşırı indiki hökuməti tənqid edən açıqlamalarla çıxış edir və xüsusən regional siyasət məsələlərində fərqli baxış ortaya qoyur.

Bu günlərdə İrəvanda “Birlikdə” hərəkatının təşkil etdiyi müzakirə zamanı sabiq xarici işlər naziri bildirib ki, son illərdə Ermənistanla bağlı təhdid və çağırışlar ikiqat artıb və bu artıq, sadəcə təhlükəsizlik böhranı deyil. Qeyd edib ki, biz həm regionda, həm də bütün dünyada tarixi dəyişikliklər dövründə yaşayırıq: “Beynəlxalq siyasətdə oyun qaydaları dəyişib, səhvlərin bədəli artıb. Güc yenidən beynəlxalq münasibətlərdə əsas amilə çevrilib”. İddia edib ki, bu şəraitdə Ermənistan ekzistensial (ekzistensializm mövcudluq, varlıq deməkdir–S.H.) təhdidlər və ciddi çağırışlarla qarşı-qarşıyadır.

Onun sözlərinə görə, Ermənistan suveren qərarlar qəbul etmək qabiliyyətini (?) bərpa etməlidir: “Bizə sırınan müharibə və ya sülh kimi saxta dilemma məntiqindən çıxmalıyıq. Ermənistanın qarşısında digər seçim dayanır: strateji kövrəkləyin daha da dərinləşməsi ilə strateji çəkindirmə siyasətinin formalaşdırılması arasında seçim. İlk növbədə Azərbaycanın və Türkiyənin timsalında Ermənistanın əleyhdarlarının əsl məqsədlərini anlamaq lazımdır. Aydındır ki, onlar Ermənistanla dinc yanaşı yaşamağa can atmırlar, onların strateji hədəfləri dəyişməz olaraq qalır. Bu hədəflər Ermənistanın yaşamaq qabiliyyətini itirməsi, müstəqil qərarvermə imkanlarından məhrum olması, türk dünyasından asılılığının dərinləşməsi və əlverişli şəraitdə “Böyük Turan” layihəsi çərçivəsində tamamilə ələ keçirilməsidir. Bu strategiyanın, belə deyək, onurğa sütunu isə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmağa, həmçinin regionda güc balansını Bakı və Ankaranın xeyrinə dəyişməyə yönəlmiş qondarma Zəngəzur dəhlizidir”.

Ayvazyanın fikrincə, TRIPP layihəsi düzgün yanaşma və Ermənistanın potensialının gücləndirilməsi halında nəzəri olaraq bu təhdidləri (?) neytrallaşdıra bilərdi. Lakin mövcud şəraitdə layihə Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı təminatlar ehtiva etmir ki, bu da Ayvazyanın qənaətincə, “rəqiblərin”, yəni Azərbaycan və Türkiyənin məqsədlərinin legitimləşdirilməsi riskini yaradır.

O, həmçinin regionda güc balansının bərpasında maraqlı olan qüvvələrlə real və effektiv koalisiyaların formalaşdırılmasının vacibliyini qeyd edib. Sabiq nazir bildirib ki, söhbət Rusiya ilə münasibətlərin yenidən işə salınmasından və İranla əlaqələrin dərinləşdirilməsindən, Ermənistan–Rusiya–İran strateji üçbucağının yaradılmasından gedir.

Bəs Paşinyan hakimiyyəti dövründə açıq anti-Azərbaycan mövqeyi ilə seçilən sonuncu XİN rəhbərlərindən biri olan Ayvazyan nəyi hədəfləyir və nəyə ümid edir? O, doğrudanmı İrəvanın Rusiya ilə münasibətləri “yenidən başlatmaq”la və İranla əlaqələri dərinləşdirməklə Ermənistan–Rusiya–İran strateji üçbucağını formalaşdırmaq şansının hələ də qaldığını düşünür?

İlk növbədə qeyd etməliyik ki, A.Ayvazyanın çıxışı Ermənistan cəmiyyətinə yönəlmiş klassik qorxu ritorikasıdır. “Ekzistensial təhdid”, “Böyük Turan”, “tamamilə ələ keçirilmə”, “suverenliyin itirilməsi” kimi ifadələr emosional fon yaratmağa hesablanıb və real geosiyasi balansın soyuq təhlilindən daha çox, revanşist psixologiyanı qidalandırmağa xidmət edir. Ayvazyanın əsas tezisi ondan ibarətdir ki, guya, Azərbaycan və Türkiyə Ermənistanın dövlət kimi mövcudluğunu hədəfə alıb. Halbuki son illərin regional prosesləri göstərir ki, Bakı və Ankara məhz hüquqi çərçivədə kommunikasiyaların açılması, sülh sazişinin imzalanması və qarşılıqlı tanınma prinsipini irəli sürür.

Keçmiş nazirin Zəngəzur dəhlizini Ermənistanın ərazi bütövlüyünə təhdid kimi təqdim etməsi də əvvəlki siyasi xəttin davamıdır. Halbuki söhbət regionda nəqliyyat bağlantılarının bərpasından gedir və bu proses Ermənistan üçün də böyük iqtisadi dividentlər vəd edir. Ayvazyan isə məsələni məqsədli şəkildə təhlükəsizlik müstəvisinə çəkərək, kommunikasiyaların açılmasını başqa cür qələmə verir. Bu yanaşma 2020-ci ildən sonra formalaşmış yeni reallıqları qəbul etməmək xəttidir. Onun “strateji çəkindirmə” çağırışı isə Ermənistanın hərbi-siyasi potensialının və iqtisadi resurslarının real vəziyyətini nəzərə almadan səsləndirilən, daha çox daxili auditoriyaya hesablanmış populizmdir. Çünki çəkindirmə siyasəti yalnız hərbi ritorika ilə deyil, iqtisadi dayanıqlılıq, regional əməkdaşlıq və diplomatik balansla mümkündür. Ermənistan isə uzun illər məhz təcrid və avantürist siyasətin acı nəticələrini yaşayıb.

Ayvazyanın Rusiya–Ermənistan–İran üçbucağı ideyasını yenidən gündəmə gətirməsi də təsadüfi deyil. Bu, Paşinyanın Qərbə doğru manevrlərindən narazı qalan dairələrin arzusudur. Lakin reallıq ondan ibarətdir ki, Moskva ilə İrəvan arasında etimad ciddi şəkildə zədələnib, İran isə daha çox öz regional maraqlarına uyğun praqmatik xətt yürüdür. Belə şəraitdə hansısa strateji üçbucaq tezisi daha çox siyasi şüar təsiri bağışlayır. Əslində, Ayvazyanın çıxışı onun hansı düşərgədə dayandığını açıq göstərir. O, postmüharibə reallıqlarını qəbul etmək əvəzinə, köhnə qarşıdurma modelini dirçəltməyə çalışan revanşist düşüncənin sözçüsünə çevrilib. “Ekzistensial təhlükə” ritorikası cəmiyyəti sülh gündəmindən uzaqlaşdırmağa, qorxu və şübhə mühiti yaratmağa xidmət edir. Bu isə Ermənistanın real təhlükəsizlik problemlərini həll etmir, əksinə, onu yenidən geosiyasi qarşıdurmaların alətinə çevirə bilər.

Paşinyan iqtidarını tənqid etmək siyasi baxımdan anlaşılandır. Lakin bu tənqid konstruktiv alternativ təqdim etmirsə və ölkəni yenidən bloklaşma və düşmənçilik zolağına sürükləyirsə, o zaman söhbət dövlətçilik məsuliyyətindən deyil, revanşist ambisiyalardan gedir. Ayvazyanın son bəyanatları məhz bu çalarları ilə seçilir: reallıqdan çox keçmişin kölgəsinə söykənən, emosional, təhlükə mifi üzərində qurulan siyasi xətt. Ermənistan cəmiyyətinin qarşısında isə seçim köhnə qorxu ritorikası ilə yeni regional inteqrasiya imkanları arasında olacaq.

Yeri gəlmişkən, ermənistanlı jurnalist, bloqer və “Diqqət mərkəzində” informasiya platformasının müəllifi Roman Bağdasaryan bildirib ki, A.Ayvazyan həqiqətən də keçmiş düşərgəni təmsil edən nazir olub və onun bu posta təyinatı baş nazir Nikol Paşinyanın alternativ namizədi olmadığı bir dövrdə məcburi xarakter daşıyıb: “O, məcburi seçim idi. Çürük, mahiyyətcə yaramaz bir şəxsdir. Ermənistan XİN-in özündə əməkdaşların böyük əksəriyyəti ona hörmət etmirdi. Nazirliyin 90 faizi onu alçaq və hiyləgər hesab edirdi. O, satılmış adamdır. Onun Rusiyanın maraqlarını müdafiə etməsi təəccüblü deyil. Ermənistanın maraqları onun vecinə deyil, çünki nə oğlu, nə də yaxınları Ermənistan uğrunda döyüşməyib, sərhədlərimizi bir saat belə qorumayıblar”.

Bağdasaryanın sözlərinə görə, Ayvazyan kimi şəxslər üçün gurultulu bəyanatlar səsləndirmək olduqca asandır: “Əmin olun ki, bu adamda zərrə qədər də vətənpərvərlik yoxdur. Nazirlikdə işlədiyi dövrdə baş nazirə zərər vurmaq üçün əlindən gələni edib. Bunun kimlərlə və hansı XİN əməkdaşları ilə birlikdə edildiyi məlumdur və təəssüf ki, onların bir qismi hələ də sistemdə qalır. Onun bəyanatları heç bir məna kəsb etmir. Bu, populyar və heç kimə lazım olmayan siyasətçilərdən birinin adi sayıqlamasıdır. Ayvazyan siyasi çəkisi sıfıra bərabər, artıq tarixin zibilliyinə atılmış bir şəxsdir”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri