Icma.az
close
up
RU
Ayxan Abbasov: “Bunu müzakirə etmək mənə düşmür”

Ayxan Abbasov: “Bunu müzakirə etmək mənə düşmür”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisi UEFA Millətlər Liqası D2 qrupu çərçivəsində Lixtenşteynlə 0:0 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb:

"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. Bilirəm vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Epizodlar oldu, az idi. Birinci dəqiqədə çox real epizodumuz var idi. İstifadə edə bilmədik. Tempi istədiyimiz kimi, çox qaldıra bilmədik. günahkar axtarmayacağıq, futbolçualara da dedim, məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdı. Bu gün çıxış yolumuz Litva matçına konsentrasiya olmaqdır. Başqa deyiləsi söz yoxdur".

- Rəqibin baş məşqçisi dedi ki, komandamız peşəkar deyil, başqa sahələrdə çalışırlar. Bizim oyunçular hansı sahədə çalışsalar, daha faydalı olarlar Azərbaycan üçün?
- 
Hamınız haqlısız. Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva matçında qalib gəlməkdir.

- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiz? 
- Müqaviləmiz qışa qədərdir. Milli komandadır. Biz bura ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onlarla razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək.

- Bizim üçün sürpriz oldu ki, siz müdafiədən yox, dərhal hücumda oynamağa başladız... 
- Sürpriz oldu? Nə deyim vallah.

- Futbolçuların üzərində sanki gərginlik var idi, Vüsal İsgəndərlini belə aqressiv görməmişdik...  
- Vüsalı demək ki, yaxşı izləmirsən. Çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmalıydıq. Vüsalın belə istəkli olması normaldır.

- Komandanı Litva oyununa hazırlamaq nə dərəcədə çətin olacaq? 
- Asan deyil, əlbəttə ki, çətindir. Məsuliyyət məndədir. Səhvlərimizi təhlil edəcəyik. İki günə bərpa olmalıyıq, həm də rəqibə qarşı hazır olmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyun eyni heyətlə oynamaq asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq.

- Komandada inkişaf görünür, yoxsa daha da geriyə gedir? 
- Tərifləməyəcəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gəlmişdim ki, İslandiya gəzə-gəzə bizə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərini 0:3 udurdu. Ən böyük hesablı məğlubiyyət Fransaya qarşıdır. Komandada əzmkarlıq artdı, yeni adlar çıxardırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur.

- Son 20 ili götürsək, millinin rüsvayçı nəticələrini izləmişik. Sizin milliyə gəlişinizdən sonra ilk böyük ağır təzyiqlərə rastlaşacağınız andır. Özünüz psixoloji olaraq bunu qarşılaya biləcəksiz? 
- Özüm də gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli azarkeş var. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq, çox təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik.

- Gənc yığma komandalarımızdan, gənc nəsil futbolçulardan razısız? İşıq görürsüz futbolumuzda? 
- Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gərək gənc oyunçulara üstünlük versin. Çox azdır futbolçular. Aşağıdan başlamalıyıq, klublara, akademiyalara yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan materiallar budur.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Millimiz Şotlandiyaya məğlub olub - YENİLƏNİB Tural Qurbanov Yunanıstan millisinin matçında Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Fərrux Hüseynzadəyə UEFA-dan təyinat
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Oktyabr 2026 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri