Icma.az
close
up
RU
Ayxan Abbasov: “Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq” İdmanXəbər

Ayxan Abbasov: “Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq” İdmanXəbər

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. “Zirə”yə qarşı qolları qaçırmaq üzücüdür. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadır. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi  səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 19-cu turunun “Zirə” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

– Sizcə, oyunun ədalətli nəticəsi nə idi?

– Məncə, heç-heçə idi.

– Arsen Ağcabəyov sonun dəqiqədə qol epizodunu qaçıranda nə hiss etdiniz?

–  Ondan qabaq da Belajdi Pusinin 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq.

– Müdafiədə fərdi səhvlər çoxdur. Hansı addımı atmağı düşünürsüz?

– Düz qeyd edirsiz. Həm “Qarabağ”la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq. 

– “Şamaxı” yaxşı oynayır amma nəticə yoxdur…

-Bilirik ki, yaxşı oyun xal vermir. Amma bizim məqsədimiz bəllidir. O məqsədə çatmaq üçün bu oyun bizə ümid verir.

– Qışda ən çox transfer edən klub “Şamaxı” oldu. Transfer işini yekunlaşdırmısız?

– Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Mövsümün əvvəlində təsdiq olunmuş büdcədir. Yəqin bir transfe də edib kifayətlənərik.

– Premyer Liqada komanda sayının artırılıb legioner limitinin ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. Sizcə, bu ölkə futboluna fayda verər?

– Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindir. Komanda sayı artsa, yerli futbolçular da oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir. (sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri