Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Ayxan Abbasov əsas yığmanın baş məşqçisi olandan bəri mövsüm bitəndən sonra bir yerdə işləyəcəyini demişdi.
Hər halda, heç bir məşqçi milli komandanı qoyub, AFFA-nın ayırdığı vəsait hesabına “yaşayan” klubda qalmaz, elə AFFA-da işləyər.
Son mətbuat konfranslarında da ayrılacağını deyib, ən rahat ayrıldığı klubun elə “Şamaxı” olacağını bildirib. Amma “Şamaxı” rəhbərliyi, daha doğrusu, klubun idman direktoru Kamran İsmayılov bunu qəbul etmək istəmir. Bizim sayta da açıqlamasında bildirib ki, Ayxan Abbasovla danışacağıq. Heç bir məşqçi ilə danışıqlara başlamadıqlarını deyirlər. Yəni hələ də inanırlar ki, Ayxan Abbasovu yola gətirəcəklər?
Ayxan Abbasov deyir “gedirəm”, “Şamaxı” deyir “gözlə”. Nəyi gözləsin? Əsas millinin baş məşqçisidi. Gedin başınıza çarə qılın, məşqçi tapın. Gələn mövsüm Ayxan Abbasov olmayacaq ki, minimal qiymətə maksimum keyfiyyətli futbolçular gətirib 2-ci dövrə başa çatandan sonra komandanın elitada qalmasını rəsmiləşdirsin.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 19 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















