Ayxan Abbasov: Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ"ı təbrik edir, Çempionlar Liqasında uğurlar arzulayıram. Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik. Bu il çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənclər qazandıq. Davam etməliyik. Pillə-pillə inkişaf istəyiriksə, belə mübarizələr vacibdir".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının XXXVI turunda qeydə alınmış 0:1 hesablı oyundan sonra gələcək planlardan bəhs edib: "Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən az büdcə bizdə idi. Böyük büdcəsi olan klublar da çətinlik olacağını deyir. Görün indi bizimçün necə olacaq. Rəhbərliklə böyük fikir mübadiləsi aparırıq. Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burda tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram. Bir yol çəkmişik və bununla getməliyik. Rəhbərlik də fədakarlıq etməyə çalışır. Gələn mövsüm burdayıq. İşlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular istəyirik. Seleksiyaya başlamışıq".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 24 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















